Cəmiyyət

“Əstəğfirullah” deyəndə hansı 6 məna ehtiva olunur?

28 Aprel 2016 21:20
70 Şərh     Baxış: 6 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir nəfər İmam Əlinin (ə) yanında deyir: "Allah dərgahından günahlarıma görə bağışlanma istəyirəm". İmam (ə) ona buyurur: Anan yasına əyləşsin. Bilirsənmi ki, istiğfarın mənası nədir? İstiğfar şəfərli və mənəvi cəhətdən yüksək səthdə qərar tutanların məqamıdır. İstiğfar bir kəlmədir ("Əstəğfirullah"). Ancaq 6 mənaya malikdir:

1. Keçmiş günahlara görə peşman olmaq.
2. Günaha bir daha qayıtmayacağına görə qəti qərara gəlmək.
3. Haqqun-nası əda etmək. Allahla elə halda görəşəsən ki, heç kəsə borcun qalmasın.
4. Haqqullahı yerinə yetirmək.
5. Haram yediyin maldan bədənində əmələ gələn ətə diqqət etmək və onu keçmiş günahlarından peşman olmaq halı ilə əritmək, o zamana qədər ki, yerində yeni ət əmələ gəlsin.
6. İtaətin çətinliyini özünə elə daddırasan ki, günahın ləzzət və şirinliyini daddırmışdın.
Bunları etdikdən sonra deyəsən "Əstəğfirullah". Allahım, dərgahından bağışlanma istəyirəm". (Erfan)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.