Cəmiyyət

Bakıda şəhərin ilk açıq çempionatı "Baku Open 2016" baş tutub - FOTO

24 Fevral 2016 16:49
0 Şərh     Baxış: 2 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda şəhərin ilk açıq çempionatı "Baku Open 2016" baş tutmuşdur. İkigünlük marafon uğurla keçmişdir.
20 fevral tarixində Avalon klubu, Azərbaycanın Rəqs Assosiasiyası (ARA) tərəfindən təmsil olunan Azərbaycan Gənclər Assosiasiyası (AGA) "Baku Open 2016" çempionatına aid "Who's Next?" adlı rəqs Hip-Hop batlı keçirmişdir. Rəqs döyüşləri rinq üslubunda Kill The Beat formatında baş tutmuşdur. Xatırladaq ki, bu, heç bir "döyüş" qaydasının və musiqi istiqamətində hər hansı məhdudiyyətlərin olmadığını göstərir. Batllar, anderqraund mədəniyyətə xas klub formatında keçirilmişdir. Bakı çempionatının qalibi - Xəyal Amrullayev (Ziko Firestar), Kill The Beat qalibi isə - Ceylan Babayev (Lil J) olmuşdur. 
21 fevral tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında açıq statuslu Bakı Çempionatı keçirilmişdir. Həmin gün rəqs şousu, folklor üslublaşdırma, folklor etnika, eləcə də hip-hop şou istiqamətləri üzrə müsabiqələr baş tutmuşdur. Çempionat dörd yaş kateqoriyasında keçirilmişdir - beybi şou, uşaqlar, juniorlar, böyüklər. Münsiflər heyətinin qərarı ilə etnik folklor və folklor üslublaşdırma qaydalarına müəyyən düzəlişlərin edildiyini nəzərə alaraq müsabiqələr tam olaraq edilmiş dəyişikliklərə uyğunlaşdırılmışdır. Həmçinin topladığı ümumi maksimal balı 50%-dən yüksək olmayan və hər hansı nominasiyada yeganə qeydiyyatdan keçmiş kollektivlər laureat olurlar, daha əvvəl bu cür kollektivlər nümayişlərinin keyfiyyətindən asılı olmayaraq birinci yeri qazanırdılar. Münsiflər heyəti bunu yanlış hesab etmişdir.
Kollektiv rəhbərlərinin dəyişikliklər haqqında məlumatlandırıldığını nəzərə alaraq heç kimə güzəşt edilməmişdir. Münsiflər heyətinin qərarı ilə kollektivlərin qiymətləndirilməsi meyarlarına dəyişikliklərin edilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, eyni bal toplamış iştirakçılar eyni yeri tutacaq və ya təkrar çıxış edəcəklər. Beləliklə, Açıq Bakı Çempionatının yekunlarına görə, folklor üslublaşdırılmasında (formeyşn) birinci yeri Asiman kollektivi tutdu, kollektivin solisti Nero Qaramov Raul Hip Hip Show solo (junior).
Açıq Bakı çempionatında paytaxt kollektivləri, Gürcüstan, Rusiya, Ukraynadan gəlmiş kollektivlər, eləcə də ölkəmizin regionları - Ağcabədi, Gəncə, Ağstafa və s. şəhərlərdən olan kollektivlər çıxış etmişdir.
"Təxmin etdiyim kimi müsabiqələr parlaq idi! Burada Bakının və ümumilikdə Azərbaycanın sərhədlərini genişləndirmək və qonşu ölkələrdən gəncləri cəlb etmək imkanını vermiş açıq status da əhəmiyyətli rol oynamışdır. Bütün qonaqlarımız çox razı qaldı, bu isə bizi çox sevindirdi. Ümid edirəm ki, bu kollektivləri müsabiqələrimizdə bundan sonra çox görəcəyik, və həmçinin ümid edirəm ki, bizim də onların müsabiqələrinə getmək imkanımız olacaq. Komandamız verilmiş tapşırığın öhdəsindən son dərəcə yaxşı gəlmişdir. Biz yerimizdə durmuruq və rahatlanıb oturmağa da hazırlaşmırıq. Mart ayı üçün Beynəlxalq Qadınlar Günü, və əlbəttə ki, Novruz bayramı ilə bağlı iki iri və maraqlı layihə planlaşdırmışıq", deyə ARA-nın prezidenti və AGA-nın sədr müavini Əziz Əzizov bildirdi.
Aşağıda qaliblərin siyahısı verilmişdir:
Folk Style:
Small group - Child -  1 yer -  Jam SS (b/r Aliya Suleymanova)
Formation - Child - 1 yer - Asiman (b/r Vahid)
Formation - Child - 2 yer - Zirv ə (b/r Emil Pənahov)
Formation - Child -  3 yer - Jam SS (b/r Nərqiz Vəliyeva)
Small group - Juniors - 1  yer - Zirvə (b/r Aysu Cəbiyeva)
Small group - Juniors - 2 yer - Zirvə (b/r Fərid Əliyev)
Formation - Juniors - 1 yer - Asiman  (b/r Vahid)
Formation - Juniors - 1 yer  - Rovesnik (b/r Xəyyam Kələntarlı)
Formation - Juniors - 2 yer - Asiman  (b/r Vahid)
Formation - Juniors - 3 yer - Garabağ (b/r Nərqiz Babayeva)
Formation - Juniors - 4 yer  - Asiman  (b/r Vahid)
Formation - Juniors - 5 yer - Garabağ (b/r Gülşən Səfərova)
Formation - Juniors - 6 yer - Dalğa (b/r Emil Pənəhov)
Mini - production - 1 yer - Armazi (b/r Aleksandr Cereteli)
Mini - production - 2 yer - Jam SS (b/r Nicat İbrahimli və Nərqiz Vəliyeva)
Mini - production - 3 yer - Armazi (b/r Aleksandr Cereteli)
Mini - production - 4 yer - Laşa - Giorgi
Mini - production - 5 yer - Laşa - Giorgi
Mini - production - 6 yer - Zirvə (b/r Fərid Əliyev və Aysu Cəbiyeva)
Folk Etnika:
Duos - Baby - 1 yer - Dalğa (b/r Emil Pənahov)
Solo - Child - Naxiş (b/r Nərmin Muradova)
Solo - Child - 2 yer - Zirvə (b/r Aysu Cəbiyeva)
Duos - Child - 1 yer - Buta (b/r Zaur Qasımov)
Formation - Child - 1 yer - Zirvə (b/r Fərid Əliyev)
Formation - Child - 2 yer - Naxiş (b/r Nərmin Muradova)
Solo - Juniors - 1 yer - Zirvə (b/r Aysu Cəbiyeva)
Solo - Juniors - 2 yer - Zirvə (b/r Aysu Cəbiyeva)
Solo - Juniors - 3 yer - Zirvə (b/r Aysu Cəbiyeva)
Mini - production - 1 yer - Buta (b/r Zaur Qasımov)
Mini - production - 2 yer  - Zirvə (b/r Fərid Əliyev)
Mini - production - 3 yer - Smart Kids (b/r Aynurə Kərimova)
Mini - production - 4 yer - Buta (b/r Zaur Qasımov)
Show Dance:
Solo - Baby - 1 yer - Ayselin Trio (b/r Aysel Hüseynova)
Solo - Baby - 2 yer - Jam SS (b/r Nərqiz Vəliyeva)
Formation - Baby - 1 yer - Jam SS (b/r Nərminə Əsədova)
Formation - Baby - 2 yer - Trio (b/r Aysel Hüseynova)
Formation - Baby - 3 yer - Günəşim (b/r Əzizə Əlizade)
Solo - Child - 1 yer - Jam SS (b/r Veronika Talıbova)
Duos - Child - 1 yer - Jam SS (b/r Veronika Talıbova)
Small group - Child - 1 yer - Jam SS (b/r Nərminə Əsədova)
Small group - Child - 2 yer - Ayselin (b/r Aysel Hüseynova)
Small group - Child - 3 yer - Crazy Eyes (b/r Aygül Məmmədova)
Formation - Child - 1 yer - Jam SS (b/r Nərminə Əsədova)
Formation - Child - 2 yer - Günəşim (b/r Əzizə Əlizade)
Formation - Child - 3 yer - Ayselin (b/r Aysel Hüseynova)
Solo - Juniors - 1 yer - Qarabağ (b/r Gülşən Səfərova)
Duos - Juniors - 1 yer - Smile (b/r İradə Vəliyeva)
Small group - Juniors  - 1 yer - Jam SS (b/r Nərminə Əsədova)
Formation - Juniors - 1 yer - Səbinə (b/r Səbinə İsmayilova)
Formation - Juniors - 2 yer - Səbinə (b/r Səbinə İsmayilova)
Mini - prouction - 1 yer - Smart Kids (b/r Aynurə Kərimova)
Solo - Adults - 1 yer - Jam SS (b/r Əziz Əzizov)
Solo - Adults - 2 yer  - Jam SS (b/r Əziz Əzizov)
Solo - Adults - 3 yer - Jam SS (b/r Elena Sultanova)
Hip - Hop Show :
Solo - Baby - 1 yer - Jam SS (b/r Mithat  Əhmədov )
Solo - Baby - 2 yer - Jam SS (b/r Mithat  Əhmədov )
Solo - Child - 1 yer - Jam SS (b/r Rasul Həsənov)
Solo - Child -  2 yer - Jam SS  (b/r Mithat  Əhmədov )
Solo - Child - 3 yer - Jam SS (b/r Andrey Freeman)
Solo - Child - 4 yer - Jam SS  (b/r Rasul Həsənov)
Solo - Child -  5 yer - Jam SS  (b/r Mithat  Əhmədov )
Small group - Child - 1 yer - Trio (b/r Kəmran Məmmədov)
Solo - Juniors - 1 yer - Nero kids (b/r Emin Useynov)
Solo - Juniors - 1 yer - Jam SS  (b/r Mithat  Əhmədov )
Mini - production - 1 yer  - Nero Kids (b/r Emin Useynov)
Small Group - Adults - 1 yer - Jam SS  (b/r Mithat  Əhmədov )
Small Group - Adults -  2 yer - Black Zone (b/r Emin Ağayev )
Small Group - Adults -  3 yer - Calypso (b/r Fariz Musayev)
İnformasiya dəstəyi- Trend, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.