Övladını satmaqda təqsirləndirilən ana azadlıqda: "Onu geri alacam..." - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlardan biri də 2011-ci ildən məhkumluq həyatı yaşayan Zöhrə Oruc qızı İsgəndərovadır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsinin qapısında 26 yaşlı qadını anası Həqiqət İsgəndərova ilə yanaşı, "Report"un əməkdaşları da qarşılayıblar.
Cəzaçəkmə müəssisəsinin qarşısında qızını bağrına basan ana göz yaşlarına boğulub... Uzun müddət bir-birinə sarılan qadınların sevinc göz yaşları orada olan hər kəsi kövrəldib.
Z.İsgəndərova Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında adının yer almasına görə çox sevindiyini bildirib. Keçmiş məhkum hər kəsə azadlıq arzulayıb: "Dövlət başçısına minnətdaram. Həbsxanada olan yoldaşlarıma da azadlıq arzulayıram. Hazırda arxaya baxmağa qorxuram. Bu mənim üçün imtahan idi. Həbsdə iradəmin güclü olduğunu öyrəndim. Gələcəkdə addımımı necə atmaq lazım olduğunu başa düşdüm. Həbsdə olan müddət ən böyük arzum övladımı görmək idi, inşallah, gedib onu görəcəm".
Övlad demişkən, gəldik əhvalatın ən maraqlı yerinə. Əslində, oxucunu da düşündürə bilərdi ki, niyə övladı anasını qarşılamaq üçün cəzaçəkmə müəssisəsinin qarşısına gəlməyib? Bəlkə, onu evdə saxlayıblar ki, anası gedib evlərində rahat görüşsün, qucaqlasın? Yox, bunların heç biri deyil. Məsələ burasındadır ki, Z.İsgəndərovanın 6 yaşlı oğlu Elcan 1 saylı Uşaq Evindədir. Elcan uşaq evinə heç də maddi imkansızlıqdan qoyulmayıb.
Gəlin müəmmalı durumun aydınlaşması üçün Daxili işlər Nazirliyinin (DİN) 3 fevral 2011-ci ildə yaydığı rəsmi məlumata baxaq: "DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Şəmkir rayonunun Könüllü kənd sakini Zöhrə İsgəndərova 3 yaşlı oğlunu 10 000 manata satarkən tutulub".
Beləliklə, Z.İsgəndərova 1 saylı Uşaq Evinə çatdı. Görüş təxminən yarım saat çəkdi. Sonuncu dəfə oğlunu bir ay əvvəl görmüş Z.İsgəndərova yenə də ondan ayrılmaq məcburiyyətində qalır.
"Həbsxanada görüş anı ilə hazırkı görüş anının fərqi çoxdur. Bunu dillə deməyə çətinlik çəkirəm. Oğlum məni görəndə birtəhər oldu. Görüş zamanı ona dedim ki, "bax sənə gələcəyimi demişdim", - deyir Z.İsgəndərova.
Yeri gəlmişkən, dövlət övladını ondan alsa da, analıq hüququ qalıb. O isə məhkəmə ilə övladını uşaq evindən də alacağını deyir: "Bundan sonra yalnız oğlumu və həyatımı fikirləşəcəm".
Xatırladaq ki, 2011-ci il fevral ayının 5-də Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Şəmkir rayonu Könüllü kənd sakini Zöhrə İsgəndərova tanışı Murad Quliyevlə birlikdə azyaşlı oğlu Elcanı 10 min manata satarkən yaxalanıblar. Həmin şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçiblər. O, 144-1.2.3-cü (insan alveri, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) və 144-1.2.5-ci (insan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Həmin il dekabr ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Z.İsgəndərova 4 il, M.Quliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədə hökm Z.İsgəndərovaya aid hissədə dəyişdirilib. O, 8 il azadlıqdan mərumetməyə artırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb





