Azərbaycanda "asan ölüm" xofu - ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Azərbaycanda baş verən bir hadisə Azərbaycanda evtanaziya məsələsini yenidən gündəmə gətirdi. Fevralın 18-də epilepsiya və şəkər xəstəliyindən əziyyət çəkən Şəfiqə Quliyeva Nəsimi rayonu ərazisində yaşadığı mənzildə üzərinə neft tökərək özünü yandırıb. Məlumatlara görə, xəstə şiddətli ağrılara dözmədiyindən bu addımı atıb. Qeyd edək ki, bu cür hadisələr zaman-zaman baş verir və ağır xəstəliklərdən əziyyət çəkən insanlar sonda könüllü şəkildə ölümü seçirlər. Azərbaycanda belə xəstələrin çıxış yolu özünəqəsd olsa da, bəzi Avropa ölkələrində belə xəstələrin həyatla vidalaşması tibbi müdaxilə ilə gerçəkləşir. Cəmiyyətdə birmənalı şəkildə qəbul olunmayan, evtanaziya adlandırılan bu üsul, "asan ölüm" hesab olunur. Öncə qeyd edək ki, evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz Hollandiyada açılıb. Evtanaziya ən çox 20-ci yüzilin birinci yarısında Avropa ölkələrində tətbiq olunub. Ağır xəstəliyə tutulanlar əzablardan can qurtarmaq üçün evtanaziyanı seçib. İkinci dünya savaşına qədər bir sıra Avropa ölkələrində bu hətta dəb halına gəlib. Həyatına evtanaziya vasitəsilə son verən məşhurlar sırasında filosof Ziqmund Freyd də var. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən Freyd 1939-cu il sentyabrın 29-da evtanaziya ilə bu dünya ilə vidalaşıb.Elşad Miri: "Evtanaziyaya Azərbaycanda icazənin verilməsi bu yolla ölümü seçənlərin, özünəqəsd edənlərin sayını artıra bilər"
ABŞ-dan olan erməni əsilli həkim Cek Gevorkyan isə 130 nəfəri evtanaziya edərək insanlıq tarixinə "ölüm həkimi" kimi düşüb. Gevorkyan bulvar qəzetlərindən birindəki elanda yazırdı:
"Əgər ağrısız ölmək istəyirsinizsə, mən sizə yüngül ölüm hədiyyə edəcəyəm". Məsələnin üstü açıldıqdan sonra C.Gevorkyana 25 il həbs kəsilib və o, həkimlik haqlarından ömürlük məhrum edilib. Bu gün Azərbaycanda evtanaziya qadağan olsa da, son vaxtlar ağır xəstələrin əzablardan qurtulmaq üçün özünəqəsd yolunu seçməsi "asan ölümü" Azərbaycanda da gündəmə gətirir.
Movqe.az evtanaziyaya Azərbaycanda ehtiyac duyulub-duyulmadığını, ümumiyyətlə bu üsulun tətbiqi istiqamətində ölkəmizdə qadağanın götürülməsinin mümkün olub-olmadığını araşdırıb. Movqe.az-a açıqlamasında millət vəkili Elmira Axundova deyir ki, bu məsələyə münasibəti bir mənalı deyil: "Bizim cəmiyyətimizin Allaha böyük inamı var. Mən heç ağlıma belə gətirə bilmərəm ki, bizim insanlardan kimsə, öz əzizlərinin, yaxınlarının, ata, ana, övladlarının həyatından belə rahatlıqla əl çəksinlər. Çünki bizim camaat əzizlərinin həyatı üçün sonuna qədər mübarizə aparırlar, hətta ən ağır xəstə olsa belə. Cəmiyyətimizdə heç kəs Allahın yazdığı qismətdən tez öz yaxınını həyatdan məhrum etməyə razı olmaz. Bu məsələ mən deyərdim ki, bu gün üçün Azərbaycanda aktual deyil, çünki bizim cəmiyyətin mentalitetinə, sahib olduğu dini etiqada, ən əsası da Allahın qaydalarına ziddir. Düşünürəm ki, Allahın verdiyi canı, Allahdan başqa heç kəs almamalıdır. Ümumiyyətlə eftanaziya 2 formada həyata keçirilir və bu məsələlərə dinin baxışı müxtəlifdir. Birincisi, insan öldüyü halda tibbi avadanlıqlara, cihazlara bağlanılır. O xəstə insanı həmin cihazlardan ayırmaqla eftanaziya baş verir. Bu cür bir əməliyyatda adam öldürməkdən danışmaq bir qədər çətindir. Çünki tibbi cihazları xəstədən ayırmaq onsuz da ölmüş olan insanın bədənini belə bir mənasız işdən xilas etmək sayılır. Bu məsələyə dini alimlər əsasən normal baxırlar. İkinci eftanaziya isə həkimlər tərəfindən sağalmaq ehtimalının heç cür mümkün olmadığı məyyən edilmiş xəstənin əzab çəkməməsi üçün öz istəyi ilə öldürülməsidir. Məncə, bu yolverilməzdir. Hər bir kəsin, hətta ağrılardan əzab çəkən insanın son nəfəsinə qədər yaşamaq hüququ var. Bir çox hallarda həyatından tamamilə ümid kəsilmiş neçə-neçə xəstələr görürük ki, sağalıb öz həyatlarını davam edirlər. Xəstəlik, çətinlik və acı hadisələr insanlar üçündür. Belə şeylərə qarşı səbr etmək və ümidi heç vaxt itirməmək lazımdır. Həmçinin nəzərə almaq lazımdır ki, dövrümüzdə çox güclü ağrıkəsici iynələr mövcuddur ki, onlardan istifadə etməklə ağrları azaltmaq hesabına xəstəliyə qarşı mübarizə aparmaq mümkündür. Hesab edirəm ki, eftanaziya özünə qəsdin bir növüdür. Bildiyimiz kimi hətta xristian aləmində keçmiş əsrlərdə özünə qəsd edən insanları xristian dininin qanunlarına uyğun dəfn etmək qadağan idi., hətta belələrinə ümumi qəbiristanlıqlarda yer verilmirdi. İndiki dövrdə isə təəssüf ki, bir çox mənəvi dəyərlərin itdiyi Qərb aləmində eftanaziya geniş vüsət alıb. Hətta deyərdim ki, bu cür xidmətləri yüksək pul müqabilində yerinə yetirən xüsusi mərkəzlər da fəaliyyət göstərir. Bu xidmət hesabına böyük biznes quranlar da var. Ona görə mənə elə gəlir ki, hansı cəhətdən olursa-olsun, bu mövzunu Azərbaycanda qaldırmaq yersizdir".
Millət vəkili Rafiq Məmmədhəsənov Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda evtanaziyanın tətbiqinə hələki lüzum yoxdur:" Bu insanlıq baxımından da doğru addım sayılmır. Həmçinin cəmiyyətimiz buna hazır deyil. Biz İslam dinini qəbul etmişik. Dinimiz isə insanı öldürməyi günah sayır. Üstəlik bəzi etik məsələlər var ki, kimisə həyatdan etmək düzgün qəbul edilə bilməz".
Millət vəkilinin fikrincə, xəstə insanların özünü öldürməsi onlarda hansısa psixi pozğunluğun nəticəsidir: "İnsan var ki, uzun illər ağrı ilə yaşayır. İnsan da var ağrılara dözmür özünəqəsd edir. Belə insanlara kömək üçün evtanaziyanı gündəmə gətirmək, qadağanı aradan qaldırmaq düzgün deyil. Bizdə bu məsələyə baxmaq hələ tezdir".
Psixoloq Dəyanət Rzayev isə ağrılardan xilas olmaq üçün əlacsız durumda evtanaziyaya əl atmağın mümkün olduğunu, amma Azərbaycan cəmiyyətində bunun mümkünsüz olduğunu söyləyir: "Freyd də bu yola əl atıb. Onun ölümünə evtanaziya kömək edib. Bizin cəmiyyətdə isə bu qəbul olunmur. Çünki dinimiz də bunu günah hesab edir".
D.Rzayev ağrılardan xilas olmaq üçün evtanaziyanı seçən xəstələrin psixi durumu ilə bağlı səsləndirilənlərin doğru olmadığını deyir: "Evtanaziya qadağan olduğundan özü canına qəsd edən insanların psixi durumu onları ölümə aparan səbəb deyil. İnsan var ki, ağrılara çox dözümsüzdür. Ağrı şiddətləndikcə, eləcə də sonunun ölüm olduğunu bildikdə bu dünyadan vaxtında, yəni əza çəkmədən köçmək istəyir. Belə halda xarici ölkələrdə xəstələrin köməyinə avtanaziya çatır. Bizdə isə cəmiyyətin bunu qəbul etməməsi, xəstəni özünəqəsd etməyə vadar edir".
İlahiyyatçı alim Elşad Miri isə deyir ki, nəinki İslam bütün dinlər evtanaziyanı günah sayır: "İnsanın özünün könüllü şəkildə özünə qəsd etməsi və yaxud onun tələbi ilə ölümünün gerçəkləşməsi dində günah sayılır. Hətta Məhəmməd Peyğəmbər (HZ.sv) belə özünə qıyan insanların cənazə namazını özü qılmayıb. Bu insanları özünəqəsddən çəkindirmək məqsədi daşıyıb. Odur ki,evtanaziyaya Azərbaycanda icazənin verilməsi bu yolla ölümü seçənlərin, özünəqəsd edənlərin sayını artıra bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı - Rəsmi
XƏBƏR LENTİ
-
Soyuducudakı rəflərin əsl qaydası: Bildikləriniz yanlış ola bilər
-
Sonuncu fincan qəhvə üçün ideal vaxt açıqlandı
-
Televizoru söndürün, münasibətinizi gücləndirin: Ən xoşbəxt cütlüklərin 5 axşam vərdişi
-
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
-
Balıqdan daha çox Omega-3: Həm ucuz, həm də möcüzəvi bitki - pərpətöyün
-
AA və AAA batareyaları sən demə, gücü yox, ölçünü göstərirmiş
-
Ağdamda yol qəzasında yaralananların kimliyi açıqlanıb - Yenilənib
-
Müctəba Xamenei İran xalqına müraciət etdi
-
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
-
Günün qoroskopu: İş həyatınızda yeni bir tempə daxil olursunuz
-
Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı
-
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək
-
Sabah Bakı, Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq
-
Moskvadakı ticarət mərkəzində iki Azərbaycan vətəndaşı yaralanıb
-
Astarada ağır qəza - ölən və xəsarət alanlar var
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb (Video)
-
Cavan Zeynallının səhhətində problem yarandı
-
Bakı–Naxçıvan reysləri ləğv edildi
-
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
-
“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Elye Vai viza ala bilmədi, matçı buraxacaq
-
Xırdalan ciddi nəzarətə götürülməlidir: Kəmalə Ağazadədən çağırış
-
"Bayern"in inadı qırılır? "Real"dan Olise üçün astronomik təklif





