Ötən gün Azərbaycanda baş verən bir hadisə Azərbaycanda evtanaziya məsələsini yenidən gündəmə gətirdi. Fevralın 18-də epilepsiya və şəkər xəstəliyindən əziyyət çəkən Şəfiqə Quliyeva Nəsimi rayonu ərazisində yaşadığı mənzildə üzərinə neft tökərək özünü yandırıb. Məlumatlara görə, xəstə şiddətli ağrılara dözmədiyindən bu addımı atıb. Qeyd edək ki, bu cür hadisələr zaman-zaman baş verir və ağır xəstəliklərdən əziyyət çəkən insanlar sonda könüllü şəkildə ölümü seçirlər. Azərbaycanda belə xəstələrin çıxış yolu özünəqəsd olsa da, bəzi Avropa ölkələrində belə xəstələrin həyatla vidalaşması tibbi müdaxilə ilə gerçəkləşir. Cəmiyyətdə birmənalı şəkildə qəbul olunmayan, evtanaziya adlandırılan bu üsul, "asan ölüm" hesab olunur. Öncə qeyd edək ki, evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda leqallaşdırılıb. Dünyadakı ilk belə xidmət göstərən klinika da məhz Hollandiyada açılıb. Evtanaziya ən çox 20-ci yüzilin birinci yarısında Avropa ölkələrində tətbiq olunub. Ağır xəstəliyə tutulanlar əzablardan can qurtarmaq üçün evtanaziyanı seçib. İkinci dünya savaşına qədər bir sıra Avropa ölkələrində bu hətta dəb halına gəlib. Həyatına evtanaziya vasitəsilə son verən məşhurlar sırasında filosof Ziqmund Freyd də var. Ömrünün son illərində xərçəngdən əziyyət çəkən Freyd 1939-cu il sentyabrın 29-da evtanaziya ilə bu dünya ilə vidalaşıb.Elşad Miri: "Evtanaziyaya Azərbaycanda icazənin verilməsi bu yolla ölümü seçənlərin, özünəqəsd edənlərin sayını artıra bilər"