Cəmiyyət

Sirus Təbrizli dəfn olundu - YENİLƏNİB - FOTO

8 Sentyabr 2013 17:38
Baxış: 2 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, keçmiş YAP-çı Sirus Təbrizli bu gün II Fəxri Xiyabanda dəfn olunub.


16:58


APA-nın xəbərinə görə, dəfn mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Eyyubov, YAP-ın icra katibi Əli Əhmədov, millət vəkilləri, AMİP lideri Etbar Məmmədov, professor Cəmil Həsənli, vəkil Aslan İsmayılov və başqaları iştirak ediblər.

S.Təbrizli vəsiyyətinə əsasən, Anar Məmmədxanovun məzarının yanında dəfn edilib.

Qeyd edək ki, Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası sədr müavini olub. Bir neçə çağırış Milli Məclisin deputatı seçilib.

Evlidir, 2 övladı var.


----------
13:39

Bu, mərhumun məzar yerinin dəyişdirilməsi ilə bağlıdır.

Azərbaycan milli azadlıq hərəkatında fəal iştirak etmiş, YAP-ın qurucularından olan Suris Təbrizlinin saat 13:00-a planlaşdırılan dəfni təxirə salınıb. Musavat.com-un məlumatına görə, bu, mərhumun məzar yerinin dəyişdirilməsi ilə bağlıdır.

Belə ki, II Fəxri Xiyabanın girişində məzar yeri qazılıbmış. Lakin Sirus Təbrizlinin ailəsi onun son arzusunun yerinə yetirilməsini istəyib.

Anar Məmmədxanovla dost olan Sirus Təbrizli onun yanında dəfn olunmasını istəyibmiş. Odur ki, yeni məzarın qazılması üçün dəfnin vaxtı dəyişdirilib. Son məlumata görə, mərhum saat 15:00-da torpağa tapşırılmalıdır.

Milli.Az

----------
17:38

Böyütmək üçün şəkillərə klikləyin.




Foto: APA, Musavat.com
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.