Cəmiyyət

Əkrəm Əylisli Azərbaycanı tərk etdi

26 Aprel 2013 15:53
0 Şərh     Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Daş yuxular" əsərinin müəllifi, yazıçı Əkrəm Əylisli ölkəni tərk edib.

Anspress bu barədə məlumatı bir neçə gün əvvəl alıb, lakin onun Azərbaycandan getməsini təsdiqləyən hər hansı fakt əldə etmədiyindən bunu yayınlamayıb. Amma ötən müddət ərzində yazıçıyla hər hansı əlaqə yarada bimədiyimizdən mövzuya yenidən qayıtdıq.

Məlumat üçün bildirək ki, iki gündür, yazıçının həm mobil, həm də ev telefonuna ardıcıl olaraq zəng edirik. Amma yazıçının mobil telefonu bağlıdır, ev telefonuna isə oğlu cavab verir va yalnız bu sözləri deyir: "Əkrəm müəllim yoxdur".

Bu gün isə təkrarən yazıçının ev telefonuna zəng etdik. Yazıçının oğlu bildirdi ki, Ə.Əylisli hələ bir neçə gün də evdə olmayacaq: "Əkrəm müəllim hazırda yoxdur və bir neçə gün olmayacaq".

Yazıçının hansı məqsədlə ölkədən getdiyi haqda isə hər hansı məlumat yoxdur. Amma mənbənin sözlərinə inansaq, yazıçının bu səfəri xarici dövlətlərin birində özünə sığnacaq tapmaq məqsədi daşıyır.

Xatırladaq ki, yazıçı "Daş yuxular" əsəri ilə böyük ictimai qınağa tuş gəlib. Hətta prezident bu əsərinə görə ona verilmiş "Xalq yazıçısı" fəxri adı da geri alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.