Cəmiyyət

Uşaqların pnevmoniyaya qarşı peyvəndinə bu ilin II yarısından başlanacaq

27 Fevral 2013 12:47
Baxış: 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu çərşənbə günü Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, pnevmokok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. Hazırda bu vaksinin tətbiqi üçün hazırlıq işləri görülür. Hazırlıq işləri başa çatdıqdan sonra respublikaya tələb olunan sayda, uşaqların sayına uyğun vaksin preparatları gətiriləcək və peyvənd işinə başlanılacaq.

Əliyeva deyib ki, bu vaksinin tətbiqi üçün respublika üzrə təlimat hazırlanaraq tibb işçiləri təlimatlandırılmalıdır. Digər peyvəndlər kimi bu vaksin də dövlət tibb müəssisələrində pulsuz vurulacaq.

O qeyd edib ki, hazırda Azərbaycanda 6 yaşadək uşaqlar arasında peyvənd təqvimi əsasında planlı peyvənd aparılır.

Əliyevanın sözlərinə görə, Azərbaycanda idarəolunan infeksiyalar, demək olar ki, yox səviyyəsindədir.

"Aparılan planlı peyvəndlər nəticəsində bir cox xəstəliklərin azalması, hətta qeydiyyata alınmaması müşahidə edilir. Azərbaycan poliomielit xəstəliyindən azad ölkə statusunu alıb. Bu xəstəlik Azərbaycanda 1996-cı ildən qeydə alınmır. Ölkədə difteriya xəstəliyi yoxdur, göy öskürək xəstəliyinin azalması müşahidə edilir. Tetanus xəstəliyi isə uşaqlar arasında yoxdur. Bağırsaq infeksiyalarında da artım müşahidə edilmir", - RGEM-in direktor müavini əlavə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.