Balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar müəyyən edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahəsində müəyyən olunmuş tələblərə cavab verən balıqçılıq obyektlərinin ticarət dövriyyəsinə daxil edilməsinə icazə veriləcək.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, balıq məhsulları "Qida təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun şəkildə qablaşdırılmalı və etiketlənməlidir. Məhsullar ticarət dövriyyəsinə buraxılarkən "Baytarlıq haqqında" qanuna uyğun olaraq müvafiq baytarlıq sənədləri ilə müşayiət olunacaq.
Yeni qaydalara əsasən, balıqçılıq subyektləri tərəfindən balıq ovu və ya akvakultura fəaliyyəti nəticəsində əldə olunan balıq və digər su bioresurslarının satışı üçün onların mənşəyi, cinsi, növü, partiya miqdarı, çəkisi və orta ölçüləri barədə məlumatlar aidiyyəti qurumun informasiya sisteminə daxil ediləcək.
Bildirilib ki, informasiya sisteminə daxil edilən məlumatlar əsasında balıq və digər su bioresurslarının növü və həcminə nəzarət həyata keçiriləcək. Satılan məhsulların minimum keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğu isə qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş qaydalar əsasında yoxlanılacaq.
Layihəyə görə, ticarət dövriyyəsinə buraxılmış balıqçılıq obyektlərinin satışı yalnız Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş kənd təsərrüfatı məhsullarının satış yerlərində həyata keçiriləcək. Buraya müvafiq avadanlıqlarla təmin olunmuş bazarlar, yarmarkalar, mağazalar və digər xüsusi ayrılmış satış məntəqələri daxildir.
Həmçinin balıq məhsullarının idxalı və ixracı "Qida təhlükəsizliyi haqqında" qanunda nəzərdə tutulan qaydada həyata keçiriləcək. Dondurulmuş və soyudulmuş balıq məhsullarının ixracı zamanı isə aidiyyəti qurumun rəyi nəzərə alınacaq.
Balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin idxal və ixracı da müvafiq qurumun rəyi əsasında həyata keçiriləcək. Ölkəyə gətirilən və ölkədən çıxarılan törədici balıq növlərinin, balıq körpələrinin və inkubasiya olunan kürülərin damazlıq xüsusiyyətləri isə aidiyyəti qurum tərəfindən müəyyən ediləcək.
Qeyd olunub ki, yeni mexanizm balıq məhsullarının mənşəyi, növü və həcmi barədə məlumatların elektron sistemlərdə qeydiyyata alınmasını və izlənməsini təmin edəcək. Bu isə həm qida təhlükəsizliyinə nəzarətin gücləndirilməsinə, həm də bazar münasibətlərinin daha şəffaf tənzimlənməsinə imkan yaradacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İyun ayında hansı məhsullar bahalaşıb, hansılar ucuzlaşıb?
-
Bilgəh Modul Tipli Xəstəxanasından şikayət var: "Növbə sistemi yoxdur..." - (Video)
-
Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı
-
Qaza görə olan rüsum ləğv olundu
-
Könüllülər və şagirdlər üçün sığorta ödənişi qaydaları yenilənir
-
Mingeçevirdə çimərlikdə ölən Rəşadın görüntüsü - (Video)
XƏBƏR LENTİ
-
İyun ayında hansı məhsullar bahalaşıb, hansılar ucuzlaşıb?
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - (Foto)
-
Bilgəh Modul Tipli Xəstəxanasından şikayət var: "Növbə sistemi yoxdur..." - (Video)
-
Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı
-
Qaza görə olan rüsum ləğv olundu
-
Könüllülər və şagirdlər üçün sığorta ödənişi qaydaları yenilənir
-
Mingeçevirdə çimərlikdə ölən Rəşadın görüntüsü - (Video)
-
172 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
-
Şəhid Kərim Əliyevin görüntüləri kövrəltdi - (Video)
-
Balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar müəyyən edildi
-
Rihanna illər sonra səhnəyə qayıtdı - (Video)
-
Slovakiya Prezidenti: Azərbaycan regionun sabitliyinin, inkişafının qarantı və əsas oyunçusudur
-
İşçilər işlədikləri müəssisədən pay ala biləcəklər - Yeni dəyişiklik
-
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
-
Ölkədə Media və Yayım Şurası yaradıldı
-
Lətafət Ələkbərovanın qızı İstanbulda əməliyyat olundu - (Video)
-
Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib
-
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək - (Video)
-
Parlamentin növbədənkənar sessiyasının son iclası keçirilir
-
Prezident İlham Əliyev: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir - (Video)
-
Fakundo Baqnis dopinqə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırıldı
-
Prezident İlham Əliyev: Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir - (Video)
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər





