Bilgəh Modul Tipli Xəstəxanasından şikayət var: "Növbə sistemi yoxdur..." - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bilgəh Modul Tipli Xəstəxanasında uzun növbələr vətəndaşların narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, həkim müayinəsinə düşmək üçün bəzən 5 saata qədər gözləməli olurlar. Xəstəxanaya səhər saatlarından müraciət edən vətəndaşlar günün böyük hissəsini növbədə keçirdiklərini bildirirlər.
Şikayət edənlər qeyd edirlər ki, xüsusilə yaşlı və səhhətində problemlər olan şəxslər uzun müddət ayaqüstə qalmaq məcburiyyətində qalırlar. Onların sözlərinə görə, müraciət edənlərin sayının çoxluğu və həkim çatışmazlığı gözləmə müddətinin uzanmasına səbəb olur.
Vətəndaşların sözlərinə görə, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslər saatlarla ayaqüstə qalırlar: "Növbə sistemi yoxdur, həkimlərin sayı azdır, saat 9-dan gəlmişik və 2-in yarısıdır, hələ də növbə gözləyirik. Soruşanda da təkcə bu sözü eşidirik: Növbənizi gözləyin".
Vətəndaşlar yaranmış sıxlığın Respublika Klinik Xəstəxanasında aparılan təmir işləri ilə əlaqədar bəzi şöbələrin müvəqqəti olaraq Bilgəh Modul Tipli Xəstəxanaya köçürülməsindən sonra daha da artdığını bildirirlər. Həmçinin müxtəlif bölgələrdən gələn pasiyentlərin də müraciət etməsi xəstəxanadakı yükü artırıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Respublika Klinik Xəstəxanasının bir neçə terapevtik şöbəsi təmir səbəbindən müvəqqəti olaraq Bilgəh korpusunda fəaliyyət göstərir. Qeyd olunub ki, müraciət edənlərin əhəmiyyətli hissəsini əlilliklə bağlı ilkin və təkrar müayinəyə gələn nevroloji xəstələr təşkil edir.
Qurumun açıqlamasına görə, qəbul prosesi növbə ardıcıllığı əsasında həyata keçirilir və yalnız qanunvericilikdə nəzərdə tutulan imtiyazlı şəxslər növbədənkənar qəbul olunur. TƏBİB bəzi günlərdə müraciət sayının artmasının gözləmə müddətinə təsir göstərə biləcəyini, lakin vəziyyətin tənzimlənməsi üçün müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi





