Şou-biznes

Rihanna illər sonra səhnəyə qayıtdı - (Video)

14 İyul 2026 11:30
Baxış: 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Uzun müddətdir səhnədən uzaq qalan dünya şöhrətli müğənni Rihanna yenidən canlı çıxışı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, müğənni reper Cey Zinin "Reasonable Doubt" albomunun 30 illiyinə həsr olunmuş konsert proqramının yekun gecəsində səhnəyə çıxaraq tamaşaçılar qarşısında çıxış edib. 

Səhnədə emosiyalarını gizlətməyən sənətçi uzun fasilədən sonra yenidən tamaşaçı qarşısında olmasının həyəcanını yaşadığını bildirib. O, çıxışı zamanı pərəstişkarlarına müraciət edərək səhnə üçün darıxdığını etiraf edib.

Xatırladaq ki, müğənninin son illərdə canlı çıxışları kifayət qədər az olub. O, 2024-cü ildə Hindistanda keçirilən Anant Ambani və Radhika Merçantın toyqabağı tədbirində xüsusi konsert proqramı ilə çıxış etmişdi. Bundan əvvəl isə 2023-cü ildə ABŞ-də keçirilən Super Kubokun fasilə şousunda səhnəyə çıxmışdı.

Rihannanın son çıxışı onun yeni musiqi layihələri ilə geri dönə biləcəyi barədə iddiaları və pərəstişkarların gözləntilərini daha da gücləndirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.