Cəmiyyət

Mövsümi giləmeyvələr tez xarab olur: Necə qorumaq olar?

14 İyul 2026 10:42
Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mövsümi giləmeyvələr tez xarab olduğu üçün onların düzgün saxlanılması və son istifadə müddətinə diqqət yetirilməsi vacibdir.

Milli.Az xəbər verir ki, bunu rusiyalı dietoloq Aleksandra Razarenova "Sputnik Radiosu"na açıqlamasında bildirib.

Mütəxəssis qeyd edib ki, təzə giləmeyvələri soyuducuya yerləşdirməzdən əvvəl yumaq məsləhət görülmür. Çünki artıq nəmlik onların daha tez xarab olmasına səbəb olur.

Dietoloqun tövsiyəsinə görə, giləmeyvələr əvvəlcə çeşidlənməli, xarab olmağa başlayanlar ayrılmalı, daha sonra isə kağız dəsmal sərilmiş quru qabda soyuducuda saxlanılmalıdır.

Razarenova bildirib ki, giləmeyvələri istehlak etməzdən əvvəl yumaq və qısa müddət suda saxlamaq daha doğrudur. Bu zaman soda məhlulundan istifadə etmək də tövsiyə olunur.

Onun sözlərinə görə, ən həssas giləmeyvələrdən olan moruq və böyürtkən adətən 1-3 gün, çiyələk, qaragilə və qarağat isə uyğun şəraitdə təxminən bir həftə saxlanıla bilər.

Ekspert əlavə edib ki, giləmeyvələri daha uzun müddət qorumağın ən yaxşı üsullarından biri onları dondurmaqdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.