İşçilər işlədikləri müəssisədən pay ala biləcəklər - Yeni dəyişiklik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınmasına dair məsələləri tənzimləyən ayrıca müqavilə imzalamaq mümkün olacaq.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər:
- zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi;
- hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi.
Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə Əmək Məcəlləsinin 76-1.1-ci maddəsinə uyğun olaraq, əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.
İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçi ilə əmək münasibətlərinə xitam verildikdə, həmin xitamın əsaslarından asılı olaraq işçinin paya (səhmə) olan hüquqlarına və ya əldə etdiyi paylara (səhmlərə) fərqli hüquqi nəticələr nəzərdə tutula bilər.
Əmək Məcəlləsinin 69-cu maddəsi, 70-ci maddəsinin "a", "b", "d" və "e" bəndləri, 73-cü maddəsi, 74-cü maddəsinin birinci hissəsinin "a", "b", "c", "d", "e" və "ə" bəndləri ilə əmək müqaviləsinə xitam verilməsi hallarında işçinin əldə edilməmiş paya (səhmə) olan hüquqlarının hamısının və ya bir hissəsinin əldə edilmiş hesab edilməsi və ya əldə edilmiş payların (səhmlərin) ədalətli bazar dəyəri ilə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satılması öhdəliyi nəzərdə tutula bilər.
Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin "ç" və "f" bəndləri ilə əmək müqaviləsinə xitam verilməsi hallarında işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçinin bütün əldə edilməmiş paya (səhmə) olan hüquqlarını itirməsi və ya əldə etdiyi payları (səhmləri) nominal və ya daha aşağı dəyərlə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satılması ilə bağlı hüquqi nəticələr nəzərdə tutula bilər.
İşçinin pay (səhm) iştirakı planı haqqında müqavilənin tələblərinə uyğun olaraq əldə edilən pay (səhm) əmək haqqına daxil edilmir və əmək haqqı əvəzi kimi ödənilmir.
Bundan başqa, Mülki Məcəllənin 404-4.3-cü maddəsində nəzərdə tutulan halda gələcək iştirak payı (səhm) haqqında müqavilə üzrə investorun ödəniş tələbləri, hüquqi şəxsin digər təminatsız kreditorlarının tələblərindən sonra, lakin hüquqi şəxsin iştirakçılarına (səhmdarlarına) qalıq əmlakın verilməsindən (bölüşdürülməsindən) əvvəl yerinə yetirilir.
Mülki Məcəllənin 90.4-cü və 104.1-ci maddələrinin tələblərindən fərqli olaraq təsərrüfat cəmiyyətinin nizamnaməsi ilə direktorlar şurasına (müşahidə şurasına) təsisçilərin (iştirakçıların) ümumi yığıncağını çağırmadan, nizamnamədə əvvəlcədən yuxarı həddi nəzərdə tutulmuş, lakin şərtləri (hüquqları, imtiyazları və məhdudiyyətləri) hələ müəyyən edilməmiş yeni payların ayrılması və ya səhmlərin buraxılması barədə qərar qəbul etmək səlahiyyəti verilə bilər. Bu payların (səhmlərin) emissiya şərtləri direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə müəyyən edilir və bununla bağlı nizamnaməyə edilən dəyişikliklər qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
-
Çox zülal qəbul etmək arıqladır? - Həkim açıqladı
-
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq: Sistemlər hücum altındadır
-
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunu 9 ayda 120 mindən çox turist ziyarət edib
-
Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü
XƏBƏR LENTİ
-
Kıvanç Tatlıtuğun5 milyonluq səhifəsi niyə bağlanıb?
-
Şamaxıda meşə ərazisində yanğın baş verib - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb - (Video)
-
Zaur Kamaldan efirə qayıtması haqda suala cavab
-
Vinçenzo Montella sabiq klubuna böyük jest etdi
-
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - (Foto)
-
“Kim deyir iş tapmıram, öz günahıdır” - Hüseyn Məhəmmədoğlu
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Türkmənbaşıda qeyri-rəsmi söhbət ediblər
-
Cəbrayılda eyni ərazidə ikinci mina partlayışı baş verib - Yenilənib
-
Əli Əsədovdan pensiyalarla bağlı yeni qərar
-
Azərbaycanın cüdo tarixində rekord
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
-
Atilla Taşın qızı faciəvi şəkildə öldü
-
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
-
Selin Dion səhnədə yıxıldı - (Video)
-
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş - Yenilənib - (Video)
-
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
-
Beynəlxalq səyyahlar Ağdamın tarixi məkanlarını ziyarət ediblər - (Foto)
-
“Atama qarşı haqsızlıq çox oldu” - Peyman Əşrəfov
-
ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio
-
Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - xəbərdarlıq
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
-
Çox zülal qəbul etmək arıqladır? - Həkim açıqladı
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib





