Cəmiyyət

Bu ərazilərdə su KƏSİLƏCƏK

7 Aprel 2026 11:49
Baxış: 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Lənkəran rayonunun Digah və Şilavar kəndlərinin bir hissəsində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Milli.Az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə istinadən xəbər verir ki, buna səbəb Digahdakı içməli su xəttində baş vermiş qəza ilə əlaqədar aparılacaq təmir işləridir.

Diametri 160 mm olan su xəttində görüləcək işlər başa çatdıqdan sonra suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.