Azərbaycan Gürcüstandan hansı məhsulları idxal edir?
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsi müzakirə edilən əsas məsələlərdən idi.
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrin genişlənməsinə imkan yaratmaqdadır.
Deputatın sölərinə görə, Azərbaycanın Gürcüstana 712.7 milyon dollarlıq ixracatının 347.9 milyon dollarlı qeyri neft-qaz məhsullarıdır:
"Bu o deməkdir ki, ötən il Azərbaycan Gürcüstana 364.8 milyon dollarlıq enerji məhsulları göndərib. Bununla yanaşı, il ərzində Gürcüstandan 168.7 milyon dollarlıq mal idxal etmişik".
Bəs, Azərbaycan Gürcüstandan hansı məhsulları idxal edir?
V.Bayramovun sözlərinə görə, 2025-ci ildə Azərbaycan Gürcüstan ilə 1002 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib.
Qeyd edib ki, il ərzində Gürcüstandan sular, alkoqolsuz energetik içkilər və şəkər əlavələri (30 milyon dollar), diri iribuynuzlu heyvanlar (29.1 milyon dollar), diri qoyunlar (18.1 milyon dollar), natrium sianidlər (10.3 milyon dollar), kartof (7.8 milyon dollar), ferrosilikomanqan ərintiləri (7.1 milyon dollar), ev toyuqlarının hissələrə ayrılmış əti və əlavə məhsulları (6.7 milyon dollar), keramikadan minalanmamış üzlük plitələr (5.4 milyon dollar), alkoqolsuz içkilər (3.5 milyon dollar), elektrik enerjisi (3.2 milyon dollar), malların saxlanması, daşınması və qablaşdırılması üçün şüşə qablar (2.9 milyon dollar), plastik kütlədən hazırlanmış tıxaclar, qapaq və qalpaqlar (2.5 milyon dollar), quş yumurtası, qabıqlı, inkubasiya üçün mayalanmış yumurtalar (2.7 milyon dollar), poçt markaları, dövlət rüsumu markaları, gerbli kağızlar, çek kitabçaları, aksiz markaları, banknotlar (2.3 milyon dollar), çörək-bulka və unlu qənnadı məmulatları (2.2 milyon dollar) və s. məhsullar idxal edilib:
"Göründyü kimi, Gürcüstandan idxal etdiyimiz malların siyahısında qida və içki məhsulları üstünlük təşkil edir. Bu kontekstdən, Gürcüstan ilə əməkdaşlığın genişləndirilməsi həmin məhsulların yerli istehsalının təşkilinə imkan yarada bilər".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
Viktor Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib - (Foto)
-
Ərdoğan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik
-
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - (Foto-Video)
-
Rusiya səfiri XİN-ə çağırıldı
XƏBƏR LENTİ
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu
-
"Sabah" "Hapoel Beer-Şeva"ya qarşı - ÇL-nın bir addımlığında
-
Tərtərdə avtomobil 2 qadını vurub öldürdü
-
Ailəsi dağılan azərbaycanlı müğənni ilk dəfə nişanlısından danışdı - (Fotolar)
-
ÜST-dən xəbərdarlıq: “Görünməmiş sürətlə yayılır”
-
Maşın ağaca çırpıldı - Ölən var
-
Elşad Xosedən yeni xəbər var
-
Çində güclü zəlzələ oldu
-
ÇL: “Fənərbağça” "Lyon"la bacarmadı
-
Yalnız 4 bürc şanslı bilet çəkəcək
-
İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
-
Kanye Putinlə görüşmək istəyir
-
Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə - Siyahı açıqlandı
-
Arıqlamaq istəyənlərin nəzərinə!
-
Quru göz sindromunun yaranma səbəbləri
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi





