Dini baş örtükləri ləğv olunur? - Aydınlıq gətirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün "musavat.com" saytında dini baş örtüklərinin ləğvi ilə bağlı məlumat yayımlanmışdı.
Milli.Az xəbər verir ki, "Yeni Müsavat" Media Qrupu rəsmi açıqlama yayaraq məsələnin həqiqəti əks etdirmədiyini bildirib.
Həmin açıqlamanı təqdim edirik:
"Yeni Müsavat" Media Qrupunun platformalarında dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşdığı və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı, baş örtüyünün ləğv ediləcəyi və onun kəlağayı ilə əvəzlənəcəyi barədə yayımlanmış məlumatın həqiqəti əks etdirmədiyini bildiririk.
Aparılan dəqiqləşdirmələr nəticəsində müəyyən olunub ki, qeyd edilən məsələ ilə bağlı heç bir rəsmi qərar yoxdur, belə bir təşəbbüs müzakirə edilmir və yayımlanmış informasiya əsassızdır.
Sözügedən material redaksiya əməkdaşlarımızdan birinin dəqiqləşdirilməmiş məlumat əsasında hazırladığı yazı nəticəsində yayımlanıb. Bu, redaksiya prinsiplərinə uyğun olmayan ciddi peşə səhvi kimi qiymətləndirilir.
Yanlış məlumat ictimai rəydə narahatlıq yaratdığı və inanclı vətəndaşları incitdiyi üçün bütün oxucularımızdan səmimi şəkildə üzr istəyirik.
Məlumat dərhal bütün platformalarımızdan silinib və oxucularımıza həmin xəbərə etibar etməmələrini tövsiyə edirik.
Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün redaksiya daxilində əlavə nəzarət və yoxlama mexanizmləri gücləndiriləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Tərlan Quliyev vəfat etdi
-
Şeyx: "Qəbul olunan qərarda "hicab" sözü yoxdur" - Yenilənib
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyəcək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
XƏBƏR LENTİ
-
Yapon yumurtası necə hazırlanır? (Zərf üsulu)
-
Fərqli markaların batareyalarını birlikdə istifadə etmək olar?
-
Yumurtanı bir ilədək dondurub saxlamağın düzgün üsulları
-
Heyva mürəbbəsinə əlavə edilən 4 aromatik ədviyyat
-
"Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib" - (Foto)
-
Tualet kağızını unitaza atanlar diqqətlə oxusunlar
-
Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla qətlə yetirilib - Təfərrüat
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
-
Günün qoroskopu: İstədiklərinizi əldə etmək üçün addımlar atın
-
Alyona Əliyeva “44” filminin təqdimatından görüntülər paylaşıb - (Foto)
-
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
-
Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi - (Foto/Video)
-
Dambrauskas: "Rəqibin hansı zonalarda boşluq verdiyini bilirdik"
-
Albaniya 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
-
"Sabah" - "Slaviya" oyununun ən yaxşı futbolçusu bəlli olub
-
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - (Foto)
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - Yenilənib - (Video)
-
Rusiya və Ukrayna razılaşma əldə etmək istəyir - Tramp
-
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
-
Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyini artırır – Mikayıl Cabbarov
-
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
-
İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya
-
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı





