Azərbaycanda istilik mövsümü uzadılacaq? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 15-də Bakıda sonunda isə 9 dağ rayonunda istilik mövsümü başa çatacaq, lakin hava temperaturu hələ də aşağı səviyyədə qalır. Bu səbəbdən bəzi ərazilərdə sakinlər istiliklə bağlı çətinlik hiss edə bilərlər.
Belə halda istilik mövsümü uzadıla bilər?
Məsələ ilə bağlı Milli.Az-ın sualına cavab olaraq "Azəristiliktəchizat" ASC-nin PR meneceri Rüxsarə Babayeva bildirib ki, payız-qış mövsümünün başlanılması və başa çatdırılması tarixləri qanunvericiliklə tənzimlənir.
"Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli, 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, respublikanın dağlıq rayonlarında 1 noyabr tarixindən, Bakı şəhəri və digər ərazilərdə isə 15 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb."
R. Babayeva qeyd edib ki, Bakı şəhəri və respublikanın regionlarında 2025-2026-cı illər payız-qış mövsümü müvafiq qanunvericiliyə əsasən 15 aprel tarixində başa çatacaq.
"Cəmiyyətin qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonu (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı) qanunvericiliyə əsasən mövsümün 1 may tarixinədək davam etdirilməsi nəzərdə tutulub."
R. Babayeva vurğulayıb ki, təcrübədə hava şəraitinin kəskin olmasına görə istilik mövsümünün uzadılması halı olub.
"Lakin hazırda bu gündəmdə deyil", - deyə o əlavə edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı





