Sürətlə yeriyən hər kəs 3 ortaq psixoloji xüsusiyyət daşıyır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Küçədə, ofisdə və ya yolda atılan addımlar əslində gizli bir psixoloji şifrə daşıyır. Son araşdırmalarına görə, yerimə sürətimiz sadəcə fiziki bir vərdiş deyil; o, xarakterimizin, özünəinamımızın və həyata baxış bucağımızın bir növ "rentgenidir".
Milli.Az xəbər verir ki, psixoloji araşdırmalar göstərir ki, qeyri-ixtiyari olaraq sürətlə yeriməyə meylli olan şəxslər ekstrovertlikdən (xarici aləmə açıqlıq) tutmuş güclü zaman qavrayışına qədər bir sıra bariz şəxsiyyət xüsusiyyətlərinə malikdirlər. "Social Psychological and Personality Science" jurnalında dərc olunan araşdırmaya görə, sürətlə yeriyənlər yavaş yeriyənlərə nisbətən daha yenilikçi, məsuliyyətli və açıq fikirli olurlar.
Klinik psixoloq Dr. Holli Şiff (Holly Schiff) bu vəziyyəti fiziki hazırlıqla izah edir: "Kifayət qədər enerjiyə malik olmaq bədəninizin gün boyu hərəkətə və aktivliyə hazır olması deməkdir ki, bu da təbii olaraq sizi daha sürətli yeriməyə sövq edir."
Açıq fikirli insanlar daim yeni təcrübələr axtarışındadırlar. Psixoloji analizlər göstərir ki, bu şəxslər maraqlı və macərapərəst olduqları üçün qeyri-adi və unikal hadisələr onların diqqətini çəkir. Beləliklə, sürətlə yeriyən profil dəyişiklikdən qorxmayan və "komfort zonasından" çıxmağa hazır bir duruş nümayiş etdirir.
Sürətli addımlar mütəxəssislər tərəfindən adətən güclü özünəinamın fiziki əksi kimi qiymətləndirilir. Dr. Şiff bildirir ki, sürətli yeriş "özünə inamı birbaşa əks etdirir". Bu xüsusiyyət həm də fərdin olduğu məkanda və mühitdə tərəddüd etmədən, rahatlıqla hərəkət edə bilmə qabiliyyətini göstərir.
Sürətli yerimənin təməlində dayanan digər mühüm amil yüksək zaman şüurudur. Bu insanlar vaxtı olduqca qiymətli hesab edir və passiv qalaraq zaman itirməkdən qaçırlar.
Onlar səmərəliliyi maksimuma çatdırmağa və dəqiqliyi təmin etməyə çalışırlar.
İnkişaf etmiş zaman qavrayışı bu şəxslərin prioritetləri daha yaxşı müəyyən etməsinə və sürətli qərarlar almasına kömək edir.
Bütün bu dinamik və proaktiv xüsusiyyətlərin mənfi tərəfi isə bariz səbrsizlikdir. Həyatın sürətli axınına uyğunlaşmağı refleks halına gətirən bu insanların dözüm hədləri ən çox "gözləmək məcburiyyətində qaldıqda" sınağa çəkilir. Ekspertlərin fikrincə, sürətlə yeriyən profillər haradasa vaxt itirməkdənsə, hər şəraitdə sürətli hərəkət edib nəticəyə çatmağa üstünlük verirlər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
XƏBƏR LENTİ
-
“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib





