3 mindən çox ev kollektorun üzərində yerləşir - Hər an sökülə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtın bir çox ərazisində magistral içməli su və tullantı xətlərinin mühafizə zolaqlarında inşa edilən qanunsuz tikililər ciddi təhlükə mənbəyinə çevrilib. Son 10 ilin statistikasına görə, Bakı və Abşeronda ümumilikdə 3000-ə yaxın ev birbaşa su kollektorlarının üzərində inşa edilib.
Milli.Az xəbər verir ki, bu tikililər həm xətlərin istismar müddətini qısaldır, həm də ağır tonnajlı konstruksiyaların təzyiqi nəticəsində qəzalara yol açır. Ən pisi isə odur ki, qanunsuz evlər sıradan çıxan kollektorların təmir və bərpa edilməsini qeyri-mümkün hala gətirib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə, hazırda yararsız vəziyyətə düşən tullantı su kollektorlarının yerinin dəyişdirilməsi prosesinə başlanılıb. Bu çərçivədə Atropat, Tomris, Atilla, Kəhriz və Yaşar Sadıqov küçələrini əhatə edən ərazilərdə yeni magistral xətlər quraşdırılır.
Qeyd edək ki, kollektorların üzərindəki qanunsuz tikinti artıq real fəsadlarını göstərməkdədir. 2025-ci il dekabrın 16-da Tomris küçəsində kollektorun sıradan çıxması nəticəsində fərdi yaşayış evinin bünövrəsi çökmüşdü.
Oxşar təhlükə Xətai rayonu, Rəşid Bağırov küçəsi 36/12b ünvanında da qeydə alınıb. Burada diametri 1200 mm olan nəhəng kollektorun üzərində tikilmiş iki mərtəbəli evin sökülməsi barədə qərar qəbul edilib. Bildirilir ki, bu tikili Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasına ciddi maneə yaradaraq ərazini subasma təhlükəsi ilə üz-üzə qoyub.
Mütəxəssislər xəbərdarlıq edir ki, magistral su xətlərinin üzərində ev tikmək həm sakinlər, həm də şəhər infrastrukturu üçün hər an baş verə biləcək qəza deməkdir.
Səkinə Yusifova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda ailələr niyə dağılır?
-
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb - (Foto)
-
Bakıda iki ərazidə hərəkət məhdudlaşdırılacaq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - (Foto)
-
İran səfirindən Azərbaycanla bağlı açıqlama
XƏBƏR LENTİ
-
Azərbaycanda ailələr niyə dağılır?
-
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb - (Foto)
-
Bakıda iki ərazidə hərəkət məhdudlaşdırılacaq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - (Foto)
-
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
-
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı" - Dilarə Əliyeva
-
İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik
-
İspaniyada üçgünlük matəm elan olundu
-
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - (Foto)
-
İspaniyada sürət qatarları toqquşdu - 64 nəfər öldü - (Yenilənib/Video)
-
"Real Madrid" Mbappeyə görə Çin xalqından üzr istədi
-
Azərbaycan sərhədini pozan əfqanlar saxlanıldı
-
İran səfirindən Azərbaycanla bağlı açıqlama
-
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişidi
-
İspaniya kubokunun bütün oyunları ləğv edildi
-
"Fənərbağça"ya müvəqqəti baş məşqçi təyin olundu
-
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi
-
Gələn il ünvanlı sosial yardımlar bu qədər artacaq
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Azərbaycanda 17 min manata pişik satılır
-
Azərbaycanda aliment artırılacaq
-
Maliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
-
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqlənib
-
Montellanın “Fənərbağça”dan tələbi bəlli oldu





