Rusiya

Rusiyada şagird sinif rəhbərini bıçaqlayıb öldürdü

7 Aprel 2026 11:20
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Perm diyarında məktəbdə faciə olub.

Milli.Az xəbər verir ki, Dobryanka şəhərində yerləşən 5 nömrəli məktəbdə rus dili və ədəbiyyatı müəllimi, direktor müavini Olesya Baquta yeniyetmənin hücumuna məruz qalıb.

Hadisə məktəbin girişinə yaxın ərazidə baş verib. Belə ki, məktəbin 9-cu sinif şagirdi müəllimə bıçaqla hücum edib. Yaralı müəllim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hücumu törədən 17 yaşlı, 9-cu sinif şagirdi saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq davam edir.

İlkin məlumatlara əsasən, hücum edən şagirdin akademik problemləri olub və onun imtahanlara buraxılıb-buraxılmayacağı məsələsi mübahisə mövzusu olub. Hadisənin bu səbəbdən baş verməsi ehtimal edilir.

Hazırda hüquq-mühafizə orqanları və psixoloqlar məktəbdə şagirdlərlə işləyir, hadisənin bütün detalları araşdırılır.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.