Cəmiyyət

AYNA-nın qabağında uzun növbə yarandı - Taksi limitinə görə

16 Oktyabr 2025 11:33
Baxış: 1 360
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımalarına dair icazələrin sayında məhdudiyyət qoyulması ilə bağlı qərarına əsasən, Bakı şəhərində bu limit 25 min nəqliyyat vasitəsi ilə müəyyənləşdirilib.

Milli.Az xəbər verir ki, qərarın tətbiqindən sonra gecə saatlarından başlayaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən inzibati binası qarşısında sürücülərin izdihamı müşahidə olunub.

Qeyd edək ki, taksi sürücüləri fəaliyyətlərini davam etdirmək üçün müvafiq buraxılış icazəsi almaq məqsədilə növbəyə düzülüblər.

Gecə saatlarından etibarən AYNA-nın qarşısında 100-ə yaxın avtomobilin buraxılış vəsiqəsi almaq üçün növbə tutub.

Asya
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.