“Red Wolf” Azərbaycanı da hədəfə alır - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlərdə beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlara əsasən "Red Wolf" adlı haker-aktivist qruplaşmanın müxtəlif ölkələrlə yanaşı Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən Milli.Az-a verilən məlumata görə, kibertəhlükəsizlik portalı - "TechOwlShield"in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərdiyi bildirilib.
Bildirilib ki, "Red Wolf Cyber Team" - siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır. "TechOwlShield" bəzi mənbələri və göstəriciləri paylaşaraq qrupun müxtəlif NATO üzvlərinə və digər ölkələrə yönələn aksiyalarından nümunələr gətirib.
Hədəf ölkələr kimi aşağıdakılar göstərilib:
Azərbaycan
Fransa
İsrail
İordaniya
Portuqaliya
Kamboca
Bolqarıstan
Oman
Hindistan
Yunanıstan
Avropa İttifaqının rəqəmsal sistemləri
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
Qrup əsasən "DDoS" tipli kiberhücumlar həyata keçirməklə dövlət qurumlarının, maliyyə təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir.
Kiberqruplaşmanın 6 avqust 2025-ci ildə Rusiyanın haktivist qruplaşması olan "NoName057(16") ilə ittifaq elan etdikdən bir neçə saat sonra "Red Wolf" Almaniyanın Müdafiə Nazirliyini hədəf alan kiberhücum kampaniyası başlatmış və "Operation Germany" adlandırdıqları əməliyyat çərçivəsində nazirliyin veb-saytına qarşı həyata keçirilmiş "DDoS" hücumun uğurlu olmasını (informasiya resursunun əlçatanlığının pozulmasını) təsdiqləyən "CheckHost" hesabatını paylaşmışdır.
Kiberqruplaşma həmçinin Almaniyanın iş dünyasında qadınlar və kişilər arasında bərabər imkanların təmin edilməsi, qadınların rəhbər mövqelərdə təmsil olunmaları, həmçinin müxtəliflik ("diversity") siyasətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən "chefinnensache.de" veb saytını da xidmətdən kənar buraxmağa müvəffəq olmuşdur. Hər iki hücumda "Red Wolf" tənqidedici heştəqlər və Almaniya, Fransa, İsrail və ABŞ da daxil olmaqla bir neçə ölkəyə qarşı sərt siyasi mesajlar paylaşmışdır. Qrupun aqressiv ritorikası və təhdidlərini sürətlə həyata keçirməsi Avropanın kibertəhlükəsizlik ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdur.
Hücumların hədəfində Azərbaycanın da olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarından aşağıdakı məqamlara diqqət yetirmələrini xahiş edir:
Şəbəkə və sistem monitorinqinin gücləndirilməsi;
Şübhəli fəaliyyətlərə dair logların vaxtında yoxlanılması;
Əlavə yüklənmələrin, əlaqə kəsintilərinin və digər kənar halların diqqətlə izlənməsi;
DDoS mitigation xidmətlərindən və müxtəlif təhlükəsizlik həllərindən istifadəedilmə
Qeyd edilib ki, şübhəli vəziyyət müşahidə olunduqda XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə məlumat verilməsi tövsiyyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Faciəvi motosiklet və moped qəzalarının arxasında hansı səbəblər dayanır? - AÇIQLAMA
-
Köç karvanı Şükürbəyli kəndinə çatıb - Yenilənib
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 21-24 dərəcə isti təşkil edəcək
-
Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək
-
Fərhad Mehdiyevın qızının həlak olduğu qəzanın görüntüləri
-
65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar
XƏBƏR LENTİ
-
Faciəvi motosiklet və moped qəzalarının arxasında hansı səbəblər dayanır? - AÇIQLAMA
-
Köç karvanı Şükürbəyli kəndinə çatıb - Yenilənib
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 21-24 dərəcə isti təşkil edəcək
-
Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək
-
Türkiyədə müəllim "Netflix"dən 2 milyon lirə təzminat aldı - (Video)
-
Əhmədlidə açıq ərazidəki yanğın söndürüldü - Yenilənib
-
Xalq artisti: "Röya mütləq tarixdə qalacaq" - (Video)
-
Fərhad Mehdiyevın qızının həlak olduğu qəzanın görüntüləri
-
Floyd Meyvezerə qarşı ittihamlar irəli sürüldü
-
Türk aktrisa "Qalatasaray"lı sevgilisini Denizlə əvəzlədi - FOTO
-
Cəlal Hüseynov "Arda"dan Rumıniya klubuna keçdi
-
65 yaşlı həkimlərin təqaüdə göndərilməsi dayandırılır? - Yeni qərar
-
ADY Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir - (Video)
-
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - (Foto)
-
Mikrofon açıq qaldı, Zelenski ilə Makronun söhbəti ifşa oldu - (Video)
-
Bakıda 35, rayonlarda 36 dərəcə isti olacaq
-
"TikTok"dakı ölümcül trend 15 yaşlı qızın həyatına son qoydu - (Foto)
-
Azərbaycanda baytarlıq preparatları ƏDV-dən azad edildi - Qərar
-
Müəllimindən Putinə məsləhət: " Xalqa daha yaxın ol" - (Foto)
-
BDYPİ piyadalara müraciət etdi: Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin - (Video)
-
Azərbaycanda zəlzələ oldu
-
Bu gündən rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb seçimi və müsabiqə başlayır
-
Azərbaycanda razılıq olmadan məcburi psixiatriya müayinəsinə prokuror qərar verə biləcək
-
Rəhman Rəhmanovun birinci xanımı: "4 uşaqla tək qaldım" - (Video)





