"Sevgi məktublarını Sabir bəyə verəndə ŞOK KEÇİRDİ"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin 70 saylı Neftçala seçki dairəsindən seçilən deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sbir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı Modern.az redaksiyasının qonağı olub.
Müsahibə əsnasında o, siyasi-ictimai həyatından, qadınların siyasi həyatda rolundan, ailə institutundan, eyni zamanda Sabir Rüstəmxanlı ilə münasibətindən danışıb.
Müsahibədən kiçik bir hissə təqdim edirik:
- Gücümü əsas səbəbi də Sabir bəydir. Sabir Rüstəmxanlının xanımı olmaq qolay məsələdir? Yer üzünün ən "çapkın" adamı... (gülür) Sabir bəylə biz evlənəndə atam mənə dedi ki, ay qız sən hara gedirsən, bunun bütün ətrafı qadın doludur. Dedim olsun, o qadınların öhdəsindən mən gələcəm.
- Öhdələrindən gələ bildinizmi?
- Görməzdən gəldim. Heç görmədim. Sabir Rüstəmxanlı gələn sevgi məktublarını orada-burada gizlədirdi. Getdim arxivindən tapdım. Şairdir də, sevəcək, özü də şöhrətinin zirvəsində olan vaxtlar idi. 30-35 il bundan əvvəli danışıram. Bir gün açdım, gördüm, ilahi, necə gözəl sevgi məktubları var. Lənkərandan bir qız yazmışdı, o məktubu oxuyanda ağladım. Dedim ki, ay Allah, bədii təfəkkürünə bax bunun, bu Sabir bəyi nə gözəl sevir, baxıb o məktublara, qıza yazığım gəldi. Gözəl sevmək lazımdır, indiki gənclər elə sevə bilmir. İndiki sevgiləri əxlaqsızlıq ediblər. O məktubları götürdüm, Qənirə Bəyzadəni çağırdım, dedim sən yaxşı jurnalistsən, həm də alimsən. Gəl bu məktubları toplayaq, buna gözəl bədii don ver, məktubu yazanların adın verməmək şərti ilə kitab kimi çap edək. Sabir bəyin 50 illiyi gəlirdi, o kitabı həmin gün ona hədiyyə verdim. Şoka düşmüşdü, rəng alıb, rəng verirdi. Dedim ki, Sabir bəy, nə vaxta qədər gizlədəcəkdin bunu, sənin yaşanmış həyatın var, bu millət səni sevir, sevgisi olan qadın da olacaqdı. Yazıq deyilmi bu məktublara. O qədər gözəl məktublar idi ki, heyfim gəldi. Sonradan 100 dənə sevgi məktublarına aid kitabları çıxdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dilimlənmiş çörək almamaq üçün 4 əsas SƏBƏB
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Kür məcrasından çıxır - VİDEO
-
İmişlidə ağır qəza - ölənlər və yaralananlar var
-
“Ay ərzində ən azı 1000 manat xərcləri çıxır” - 8 uşaqlı ailədən reportaj - VİDEO
-
Günün qoroskopu: Olduqca güclü təsir altındasınız
-
"Mançester Yunayted"dən yay transfer pəncərəsində böyük büdcə - siyahı
-
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
-
"Real Madrid" "Barselona"nın transfer hədəfinə elçi düşdü
-
Sezon finalını tezləşdirdilər
-
77 yaşlı kişini ildırım vurdu
-
FHN əhaliyə xəbərdarlıq etdi
-
Ağdama leysan yağır: küçələrdəki mənzərə... - VİDEO
-
Güclü sel bir gündə 3 körpünü dağıtdı - VİDEO
-
14 ildən sonra Premyer Liqanı tərk etdilər
-
Bakıda divar uçdu, avtomobillər əzildi
-
"Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm"
-
Anqolada torpaq sürüşməsi olub - azı 28 nəfər ölüb
-
Keçmiş xəstəxana direktoru vəfat etdi - FOTO
-
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
-
ABŞ İranla danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Dünya Kubokunun rəsmi mahnısı "Dai Dai" təqdim olundu - VİDEO
-
Bakının 4 rayonunda qaz kəsiləcək - YENİLƏNİB
-
“Həmişə istəmişəm qızıl medalım olsun, atama həsr edim” - Şəhid qızı - VİDEO





