Uşaq evindən qaçıb küçədə yaşayan uşaq: "Bizi döyürlər, quru çörək verirlər" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda 13 yaşlı yeniyetmənin 8 gündür ki, Xətai rayonunda yerləşən 3 nömrəli uşaq evindən qaçaraq küçələrdə yaşadığı haqda məlumatlar yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, özünü Ramal kimi təqdim edən yeniyetmə ARB TV-də yayımlanan "Səni axtarıram" verilişinə gələrək ağır ittihamlar səsləndirib.
O iddia edib ki, həmin müəssisədə uşaqları kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyürlər, təhqir edirlər. Xüsusən bunu uşaq evindəki digər uşaqlara tapşırırlar: "Mən orada qalmaq istəmirəm, bizi hər gün "veşalka" ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb...
Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır (red: Gülnarə Şəmiyevanı nəzərdə tutur). O da belə şeylər edir".
Ramal bütün bunlara dözməyərək qaçdığını, uşaq evinə qayıtmağa da qorxduğunu deyib.
Sadalanan faktla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirdi ki, artıq bağlı araşdırmalara başlanılıb: "Yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib. Onun səsləndirdiyi iddialarla bağlı müvafiq araşdırma aparılır".
Xatırladaq ki, sözügedən uşaq evi ilə bağlı daha əvvəl də analoji ittihamlar yayılmışdı. Ötən il uşaq evinin yeniyetmə sakinlərindən biri həmin müəssisədə uşaqlar üçün ayrılan ərzağın onlara çatmadığını bildirmişdi. Qeyd etmişdi ki, əti bişirərək, sümüyünü uşaqlara verirlər, özünü isə evlərinə aparırlar. Ondan sonra o, 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Müəssisənin direktoru Məhbubə Hüseynova isə işdən çıxarılmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib





