Cəmiyyət

Qadınlar tərəfindən şiddət görən kişilər üçün sığınacaq niyə yoxdur?

23 May 2024 15:28
Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2023-cü ildə məişət zorakılığı ilə bağlı müraciət edən 560 nəfərdən 27‐si kişi, 478‐i qadın, 328‐i uşaq, doqquzu əlil, biri ahıl, ikisi miqrant olub.

Cəmiyyətimizdə məişət zorakılığına məruz qalan daha çox qadınlarla bağlı problemlər gündəmə gətirilir. Amma məişət zorakılığına məruz qalan kişilərimiz də var.

Bəs ölkəmizdə kişilər əsasən nə zaman zorakılığa məruz qalırlar? Zorakılığa məruz qalan kişilərə hansı yardımlar edilir? Onlar üçün sığınacaqlar varmı?

Milli.Az bildirir ki, Bizim.media mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə üz tutub.

Qurumun Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova sualları belə cavablandırıb:

"Məişət zorakılığına məruz qalan şəxslərə göstərilən qayğı ilə bağlı cinslərarası bölgü yoxdur. Uşaqlara qayğı tamam başqadır. Onların mənafeyi hər şeydən üstündür. Ancaq istər kişi olsun, istərsə də qadın, bu məsələdə fərq qoyulmur. Şəxs zorakılıq qurbanıdırsa, eyni cür yanaşılır. Qanunvericiliyə göz atsaq, bölgü olmadığına şahid ola bilərik. Ehtiyac olduğu halda mühafizə orderi verilir, qarşı tərəfə xəbərdarlıq olunur. Cinayət tərkibi olduğu təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edirik. Vətəndaş özü istədiyi təqdirdə sığınacaqla təmin olunur. Sığınacaqlarda da kişi və ya qadın bölgüsü yoxdur.

Bizə nə bu il, nə də ötən il sığınacaq üçün heç bir kişi müraciət etməyib. Buna görə də biz hansısa kişi ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etməmişik. 27 nəfərin əksəriyyəti isə iqtisadi, psixi zorakılıq görüb. Fiziki zorakılıq təbii ki, olmur.

Məsələn, ana övladı ilə görüşə imkan vermir. Yaxud da boşanandan sonra kişini evə buraxmırlar. Hansısa kişi "məni döyürlər" deyərək bizə müraciət etməyib.

Məişət zorakılığına məruz qalan şəxslərə psixoloji, sosial, hüquqi, sosial yardımlar göstərilir. Məsələn, bu yaxınlarda bir nəfərin işlə təmin edilməsinə dəstək olduq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.