Cəmiyyət

Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

2 May 2024 01:50
Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad şəhəri, Heydər Əliyev prospektində qoşa xəttin üzərinə qara boya ilə müdaxilə edilib və qırıq-qırıq xətt yaradılıb. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, buna aldanan sürücülər isə cərimələnirlər.

Həmin ərazidə cərimələnən vətəndaşlardan biri də Xalid Əliyevdir.

O iddia edib ki, yolda üfüqi nişanlanmada qırıq xətləri gördüyünə görə dönmə əməliyyatı edib. Cərimə gələndən sonra məlum olub ki, bütöv xəttə qanunsuz müdaxilə olunub. 

Yolun həmin hissəsində aldanan başqa sürücülər də var.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, qeyd edilən məsələ araşdırılır və ərazidə qısa vaxt ərzində yenidən nişanlanma işləri aparılacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.