Cəmiyyət

Novruzda bölgələrdə dincəlmək neçəyə başa gəlir? - QİYMƏTLƏR

18 Mart 2024 19:38
Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir güdən sonra ölkədə Novruz bayramı ilə əlaqədar tətil günləri başlayacaq. Bayram günlərini evində qeyd etmək istəməyənlər bölgələrə üz tutacaqlar.

Milli.Az baku.ws-ə istinadən bildirir ki,  Azərbaycanın quru sərhədlərinin hələ də bağlı olması vətəndaşları xaricə üz tutmaqdan yayındır. Bayram günlərində avireyslərdə yüklülüyün yaranması isə bilet qiymətlərinə təsir edir.

Nəzərə alsaq ki, Azərbaycan hüdudlarından kənara çıxan tur paketlərin əsasını aviabiletlər təşkil edir, bu da öz növbəsində turpaketlərin qiymətini bahalaşdırır. Bu səbəbdən vətəndaşlar Novruz bayramını qeyd etmək üçün bölgələrə üz tuturlar. Bu bölgələr içində Qəbələ, Quba, Qusar, Şəki, Lerik və Lənkərana səfər edirlər. 

Onlar istirahət mərkəzlərində ya tək ya da ailəvi şəkildə yerlər rezervasiya etdirirlər. Bəs, bölgələrimizdə bayram istirahəti neçəyə başa gəlir?

İki nəfərlik qidalanma daxil olmaqla qiymətlər bölgəyə və otelin xidmətinə görə dəyişir. Nisəbətən ucuz qiyməti olan otellərdə 70-110 manat, qiyməti bir az baha olan otellərdə 250-300 manat, xidməti daha yüksək olan otellərdə isə qiymət 325-545 manat arasında dəyişir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.