Cəmiyyət

Altı ay kurs keçən "tibb işçiləri"nə canımızı əmanət edə bilərikmi? - VİDEO

14 Mart 2024 06:29
Baxış: 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məhdud tibbi təhsil verən kursların sayı günü-gündən artır. Orada təhsil alanlar 6 ay kurs keçməklə tibb bacısı və ya əczaçı peşələrinə yiyələnirlər. Bəs belə tibb işçilərinə etibar etmək olarmı?

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ölkəmizdə fəaliyyət göstərən əksər tədris mərkəzlərində tibb bacısı, əczaçılıq, kosmetoloq və digər tibbə aid olan ixtisaslar üzrə kurslar keçirilir.

Dövlət orta ixtisas məktəblərində tibb bacısı, əczaçı diplomuna yiyələnmək üçün tələbələr 3 il təhsil alır. Azərbaycan Tibb Universitetində isə əczaçı olmaq üçün 5 il, tibbi bacısı olmaq üçün 4 il təhsil müddəti nəzərdə tutulur.

Bəs necə olur ki, özəl kurslarda qısa müddətə tibb bacısı və ya əczaçı olmaq olur?

Sualımıza cavab tapmaq üçün sözügedən kurslarla əlaqə saxlamağa çalışdıq. Lakin onlar suallarımızı cavablandırmaqdan çəkindilər.

Tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla deyir ki, belə kurslara adətən Tibb Universitetinə qəbul ola bilməyənlər, rahat yolla iş tapmaq istəyənlər gedir.

Ekspert deyir ki, özəl tibb kurslarını bitirənlər dövlət xəstənalarında işlə təmin olunmur, amma çox vaxt özəl xəstəxanalar bu şəxsləri işə götürürlər.

Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədlinin sözlərinə görə, özəl kursda tibb bacısı təhsili alan şəxslər yalnız vacib olduqda ailə üzvlərinə və ətrafındakı insanlara yardım edə bilərlər.

Səhiyyə Nazirliyi tərəfindən də sorğumuza cavab olaraq bildirildi ki, tibblə bağlı kursların verdiyi sertifikat və ya diplom nazirlik tərəfindən tanınmır. Bu cür kurslara gedənlər bilməlidir ki, onlara verilən diplomun heç bir perspektivi yoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.