Cəmiyyət

Şagirdlərin məktəbə mobil telefon gətirməsinin çarəsi TAPILDI - VİDEO

23 Dekabr 2023 19:24
Baxış: 1 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"na əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Bu vaxta qədər qaydalar bilinsə də buna əməl olunmurdu.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, artıq yeni tədris ilindən başlayaraq müxtəlif məktəblərdə bu qaydalara ciddi riayət olunmağa başlanılıb.

Pilot olaraq seçilən məktəblərdən biri də 193 nömrəli tam orta məktəbdir. Burada şagirdlər dərsdən öncə telefonu qutuya qoyur, dərs bitdikdən sonra geri götürür.

Şagirdlər artıq bu qaydalara öyrəşib. Bu qaydanın tətbiq olunması isə ən çox müəllimlərin ürəyincədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.