Cəmiyyət

Sığınacaqdan 8 uşaq xəstəxanaya yerləşdirilib YENİLƏNİB

6 Dekabr 2023 15:20
Baxış: 1 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb.

"10 uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir. Vəziyyətləri stabildir", - məlumatda qeyd edilib.

---------

13:33


Azərbaycan Uşaqları İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə sığınacaqdakı qızılcaya yoluxma mıəsələsinə münasibət bildirib.

O, Trend-ə açıqlamasında yoluxanlar arasında əməkdaşların da olduğunu deyib.

"Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Əməkdaşlarımızın 2 nəfəri hazırda xəstəxanadadır", - K.Ağazadə qeyd edib.

--------

11:27

Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacaqda qalan 40 uşaq qızılcaya yoluxub.

Milli.Az bildirir ki, bunu "Report"a açıqlamasında təşkilatın sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.