Cəmiyyət

Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitələrindən istifadə edir

20 Noyabr 2023 18:20
Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda 2023-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1552,3 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsi xəbər verir ki, sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə, digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1366,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artım qeydə alınmışdır.

Sərnişinlərin 94,6 faizi avtobus, 5,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 5,0 faiz, sərnişin dövriyyəsi isə 18,8 faiz artıb.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.