Cəmiyyət

Hacı Şahinin məzar daşı niyə hazırlanmır?

30 Oktyabr 2023 17:04
Baxış: 2 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin vəfatından 7 ay ötməsinə baxmayaraq məzar daşı hələ də hazır deyil. İslam adətlərinə görə isə, şəxs vəfat etdikdən 40 gün sonra qəbirüstü abidəsi qoyulmalıdır. 

Milli.Az bildirir ki, məsələ ilə bağlı Hacı Şahinin köməkçisi olan Qədir bəy News24.az-a açıqlamasında bildirdi ki, bu məsələ ilə məşğul olmur.

Qafqaz Müsəlmanlar İdarəsindən isə bildirildi ki, bu, ailəvi məsələdir və QMİ buna qarışa bilməz:

"QMİ-nin əməkdaşı olub, dünyasını dəyişib. Allah rəhmət etsin. Məzar daşının qoyulması isə QMİ-nin səlahiyyətində deyil. Bu ailə məsələsidir".

Xatırladaq ki, tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli bu ilin mart ayında ürəktutmasından dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.