Cəmiyyət

Dönmə qadağandır, amma qadağanedici nişan yoxdur - VİDEO

25 Oktyabr 2023 14:17
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Murtuza Nağıyev küçəsində sola, yəni Arif Heydərov küçəsinə daxil olmaq qadağadır. Ancaq ərazidə bununla bağlı xəbərdaredici nişan qoyulmayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın bir sıra ərazilərində sürücülər tez-tez bu kimi hallarla qarşılaşdıqlarını deyirlər.

Elə çəkiliş apardığımız zaman yoldan istifadə edən sürücülər nişanların düzgün quraşdırılmadığını, uzun müddətdir bu yolda çətinliklə üzləşdiklərini bildiriblər.

Çəkiliş apardığımız digər bir məkanda isə qaydalar pozulmasa da, istiqamətverici nişanların az olması sürücülərdə fikir ayrılığı yaradır. Məsələn, NZS qəsəbəsi adlanan ərazidən Babək prospektinə çıxışda sola dönməni icazə verən və ya qadağan edən hər hansı nişan quraşıdırlmayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da  deyir ki, yol nişanları quraşdırılarkən bütün istiqamətlər - məsafə, yerləşmə və görünmə məsələləri dəqiq təhlil olunmalıdır.

Ərşad Hüseynovun sözlərinə görə, paytaxt yollarında bu kimi hallar kifayət qədərdir. Sürücülər bunun da böyük qisminə ara küçələrdə, məhəllədaxili yollarda qarşılaşırlar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanladığımız suallar cavabsız qaldı.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektrou Araz Əsgərli isə bildirdi ki, nişanlar arasında ziddiyət və ya sürücünün qərar qəbul etməsi üçün yaranan uyğunsuzluqlar araşdırma prementidir və bununla bağlı zəruri addımlar atılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.