Cəmiyyət

Ət bazarında yeni fırıldaq - VİDEO

16 Oktyabr 2023 10:28
Baxış: 2 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi qəssablar alıcıya dana əti əvəzinə camış əti təklif edirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 10 manatlıq camış ətini alıb, 50 faiz baha, 15 manata dana əti adıyla vətəndaşlara satılır! Belə faktların olduğunu qəssablar da təsdiqlədilər.

25 ildir ki, bu işlə məşğul olan qəssab deyir ki, camış əti gec bişir, qaynadanda da kəfi çox olur.

Alıcılar isə bildirdi ki, camış ətiylə dana ətini ayırd eləmək bir o qədər də asan deyil.

Qəssab Kamal İbrahimov isə bildirdi ki, dana əti alanda aldanmamaqdan ötrü gərək həmişə tanıdığın qəssaba müraciət edəsən.

Ancaq qəssablar onu da bildirdilər ki, adətən camış ətində xəstəliklər olmur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.