Siyasət

Zabux kəndinə ilk köç başlayıb - FOTO

25 Avqust 2023 07:08
Baxış: 1 275

Laçının Zabux kəndinə ilk köç başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köçürülür.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış "Qobupark-3"də məktəbin qarşısında həyata keçirilir.

Qeyd edək ki, ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.