Cəmiyyət

Ümumi orta təhsil bazasından kolleclərə qəbul olanların qeydiyyatı davam edir

22 Avqust 2023 08:56
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunan abituriyentlərin portal.edu.az vasitəsilə elektron qeydiyyatı davam edir.

Bu barədə Milli.Az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsi üzrə qeydiyyatı avqustun 23-ü saat 18:00 dək davam edəcək. Bunun üçün abituriyentlər https://portal.edu.az/ platformasında yaratdıqları kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.