Cəmiyyət

Nömrəsiz moped sürənlərə son möhlət verildi - VİDEO

11 Avqust 2023 15:30
Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt yollarında hələ də dövlət qeydiyyat nişanı olamadan moped idarə edən şəxslərə rast gəlinir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı moped sürənlərə növbəti dəfə xəbərdarlıq edib. Bildirilib ki, sözügedən nəqliyyat vasitələrinin qeydiyyatla bağlı proses təxirə salınmadan icra edilməlidir.

İdarənin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük hüququ olmadan idarə edilməsinin qarşısını almaq məqsədi ilə nəzarət profilaktik tədbirlər davam etdiriləcək.

Sürücülük vəsiqələri ilə bağlı yeni qaydaların qüvvəyə minməsi moped idarə edənlərin sayına təsirsiz ötüşməyib. Belə sürücülərin paytaxt yollarında kifayət qədər azaldığı müşahidə edilir. Bunu kuryerliklə məşğul olan şəxslərin özləri də təsdiqləyir.

Qeyd edək ki, yeni qaydaların tətbiqinin əsas səbəblərindən biri də xüsusi ilə motosikilet və moped sürücülərinin iştirakı ilə baş verən qəzalar zamanı neqativ halların aradan qaldırılmasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.