Cəmiyyət

Bu yerlərdə qaz olmayacaq

7 Avqust 2023 22:14
Baxış: 2 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qaz İxrac" İdarəsinin sifarişi əsasında "Masazır" QPS-də görüləcək təmir işləri ilə bağlı avqustun 8-də saat 09:00-dan işlər başa çatanadək "Masazır" QPS-dən qidalanan "Masazır Qəsəbəsi" və "Duz Zavodu" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata əsasən, təmir işləri aparılan müddətdə Abşeron rayonu üzrə Xırdalan şəhəri ərazisində "Kristal-Abşeron" yaşayış kompleksinin, Masazır qəsəbəsinin, "Accord Gənclər şəhərciyi"nin, Valideyn himayəsindən məhrum olunmuş kimsəsiz məzunlar yaşayış binasının, Saray qəsəbəsi ərazisində "Saray-H" MTK-nın, "Villa Badam" yaşayış kompleksinin, həmçinin Masazır Duz zavodu, "Bəhrə-2010" MMC, "Üzümçülük", "Qarant İnşaat", "Zəhmət Ruzi" MMC, Mühəndislər Universiteti, Asfalt zavod, "S.N İnşaat", "Mətanət A", Palitra, "Səhyalı", "Halal Nemət Min Bərəkət", "İpəkyolu", "Həsənoğlu", "Azbentonit" sənaye müəssisələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.