Cəmiyyət

Az bal toplayan abituriyentlərin ödənişsiz oxumaq imkanı yüksəkdir - VİDEO

27 İyul 2023 17:10
Baxış: 1 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə plan yerləri kəskin şəkildə artıb. Ötən il bu rəqəm 51 min idisə, bu il bu rəqəm 60 min olacaq".

Milli.Az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov "Xəzər Xəbər"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu hal keçid ballarının aşağı düşməsinə şərait yaradacaq.

Ekspert deyib ki, bu il dövlət sifarişli plan yerlərinin sayı da artıb. Bu səbəbdən az bal toplayanların ödənişsiz oxumaq imkanı yüksəkdir.

Kamran Əsədov bildirir ki, ixtisasların keçid ballarında ciddi artım gözlənilmir.

Qeyd edək ki, ixtisas seçiminin avqustun ilk 10 günlüyündə başlayacağı gözlənilir.

Dövlət İmtahan Mərkəzindən isə bildirildi ki, bu il müsabiqə şərtlərində heç bir dəyişiklik nəzərdə tutulmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.