Cəmiyyət

Belə yol olar? - Sürücülərdən etiraz... - VİDEO

8 İyul 2023 13:22
Baxış: 1 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz-Quba yolundan istifadə edən sürücülər yoldakı yenilikdən şikayətçidir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, yeni körpü tikilib, ancaq körpü dar olduğuna görə yol da dardır. Sürücülər bu yoldan keçərkən təhlükə ilə qarşılaşırlar.

"Yol müasirdir, ancaq iki avtomobil yan-yana keçə bilmir".

Sürücülər deyir ki, ağır tonajlı yük maşınları çətinliklə keçsə də, kip vuran ot maşını və Əkinlərin biçilməsi üçün nəzərdə tutulan konbaynlar buradan keçə bilmir.

"Əvvəllər bu yol yaxşı idi, indi beton baryerlərlə örtüldükdən sonra çətinləşib."

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yol beynəlxalq standartlara uyğundur. Sözügedən ərazidə iki tərəfli hərəkət təmin olunub və hərəkət zolaqları tam olaraq beynəlxalq standartlara uyğundur.

Onu da qeyd edək ki, bu yol 2 aydır belədir. Qurum yolun standartlara uyğun olduğunu desə də, qarşıdan gələn əkin biçin sezonunda kənd təsərrüfatı texnikaların haradan keçəcəyi suaılnı doğurur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.