Cəmiyyət

Parlamentdə tibbi müayinə kağızının 10-20 manata alınmasıdan DANIŞILDI... - VİDEO

25 İyun 2023 12:26
Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taksilərlə bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında da müzakirəyə çıxarılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, millət vəkli Fazil Mustafa, xüsusilə reys qabağı tibbi müayinə məsəsləsinə diqqət çəkib.

İclasda iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümbətov reys qabağı müayinənin detallarını açıqlayaraq bildirib ki, bu həm avtomobilin texniki müayinəsi deməkdir, yəni ilkin vizual baxış,  həm də   sürücünün temperaturu, alkoqol qəbul edib-etməməsinin yoxlanılması nəzərdə tutulur.

Ölkəmizdə  dövlət satınalmalarına nəzarət də gücləndirilir. Bu günki iclasda deputatlar bu sahədə olan problemlərdən də danışıblar.

"Tullantılar haqqında" qanuna edilən dəyişikliklə istismara yararsız vəziyyətdə olan və sahibsiz hesab edilən avtomobillərin utilizasiyası nəzərdə tutulur. İdxal edilən işlənmiş minik avtomobillərinə görə isə utilizasiya haqqı alınacaq. Söhbət buraxılış vaxtından 4 il keçən maşınlardan gedir.

Vətəndaşların ödəyəcəyi utulizaisya məbləği isə hələ müəyyən edilməyin.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.