Cəmiyyət

İmtahana şortiklə gələn tələbə binaya buraxılmayıb?

23 İyun 2023 08:09
Baxış: 1 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İmtahana "şortik" və çəkələklə gələn tələbəni universitet qapısında gözlədiblər.

Hadisənin dünən Azərbaycan Texniki Universitetində baş verdiyi bildirilir.

Məlumata görə, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 3-cü kurs tələbələrindən biri bu gün havanın isti keçməsi ilə əlaqədar imtahana "şortik"lə gəlib. Amma onun içəri daxil olmasına imkan verilməyib.

Tələbənin iddiasına görə, 30 dəqiqəyə yaxın universitetin binasına buraxılmayıb. Mühafizəçi bildirib ki, universitetin prorektoru ona heç kəsi "şortik" və çəkələklə imtahana buraxmamaq barədə şifahi sərəncam verib.

Halbuki, bu barədə tələbələrə xəbərdarlıq edilməyib. İmtahana üç-beş dəqiqə qalmış mühafizə rəisi tələbəyə yaxınlaşaraq onu içəri buraxıb.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bizim.media-ya açıqlamasında bildirib ki, belə bir hadisə ilə bağlı fakültəyə, imtahan qərargahına tələbə tərəfindən müraciət və şikayət qeydə alınmayıb:

"Ümumiyyətlə, geyimlə bağlı heç bir qadağa yoxdur. Bu günə kimi tələbələrdən geyimlə bağlı problemin yaranmasına dair şikayət daxil olmayıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.