Cəmiyyət

Ramazan bayramı ərəfəsində əhaliyə XOŞ XƏBƏR

18 Aprel 2023 21:27
Baxış: 4 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Aprel ayının bütün ölkə üzrə pensiya ödənişləri isə ötən həftə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.