Cəmiyyət

Niyə bəzi ticarət mərkəzlərində geyimlərin üzərində qiymət qeyd olunmur? - VİDEO

18 Aprel 2023 17:36
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhərin bəzi iri ticarət mərkəzlərində satılan geyimlərin üzərində qiymət göstərilmir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, belə satış obyektlərindən biri də 8-ci km bazarındakı Ticarət Mərkəzidir.

Buradakı satıcılar deyir ki, buna, ümumiyyətlə ehtiyac duyulmur.

Müştərilərin bəziləri də bu üsulun onlara daha çox sərf etdiyini bildirir.

"Amma bundan narahat olanlar da var"

Satıcıların sözlərinə görə, bazar tipli ticarət mərkəzlərinə üz tutanlar, adətən, maksimum endirim gözləyən müştərilərdir. Məhz bu səbəbdən standart qiymət qeyd etmək elə də əhəmiyyət daşımır.

Müşahidələrimizə əsasən, deyə bilərik ki, Binə və Sədərək Ticarət Mərkəzlərində də eyni vəziyyət hökm sürür. Qısaca, alan razı, satan razı.

"Bəs,  bu hal qanunvericiliklə necə tənzimlənir?"

"Xəbər Ertəsi" məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mövqeyini öyrənib.

Qurumdan "Xəbər Ertəsi"nə bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən,

"satışda olan bütün malların üzərində onun adı, növü və qiyməti göstərilməlidir"

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.