Cəmiyyət

Hansı qızıl daha dəyərlidir? - VİDEO

13 Aprel 2023 01:01
Baxış: 1 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qızıl-zinət əşyaları hər zaman sevilib və ən dəyərli hədiyyələr sırasında olub. Kimi yatırım məqsədi ilə, kimisi də sadəcə görünüşünü sevərək bu zinət əşyalarını alır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hazırda bazarda klassik sarı qızıllayanaşı, ağ, çəhrayı, qırmızı, yaşıl, mavi və qara rənglərin müxtəlif çalarları olan qızıllar da var. Vətəndaşların əksəriyyyəti isə sarı qızıla üstünlük verdiklərini bildirirlər.

Qədim zamanlardan sarı qızıl daha populyar olduğu üçün məhz bu rənglilərin qiymətinində yüksək olduğu iddia edilir.

Satıcılar isə deyir ki, qızılın rənginin onun qiymətinə heç bir təsiri yoxdur. Bəzən müxtəlif rəngli eyni model fərqli qiymətə ola bilərki, bu da qızılın əyyarından asılıdır.

Satıcılar bildirir ki, gənclər daha çox ağ qızıla üstünlük versələr də, satışda hər ikisi populyardır.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.