Cəmiyyət

Bərdədə bu ərazi zibilliyə çevrilib - VİDEO

8 Aprel 2023 12:01
Baxış: 658
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bərdə rayon, Türkmən kəndində toplanan tullantılar ərazidə xoşagəlməz mənzərə yaradıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, zibil qutuları olmadığı üçün hər kəs əlinə keçəni yolun kənarına atır. Bu isə hər kəsi narahat edir.

Sakinlər tullantıların sonuncu dəfə nə zaman yığıldığını xatırlamadıqlarını deyirlər. Onlar iddia edirlər ki, tullantılar vaxtında daşınmır.

Məsələ ilə bağlı Bərdə Kommunal müəssisələr kombinatı birliyindən bildirilib ki, sözügedən ərazi onların xidməti sahəsinə daxil deyil. Tullantıların daşınmasına kənd bələdiyyəsi cavabdehdir.

Türkmən kənd bələdiyyəsindən isə bildirilibki, ərazi Bərdə şəhərinin balansındadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.