Cəmiyyət

Zibil qutularının yolların kənarlarına qoyulması sakinləri narahat edir - VİDEO

4 Aprel 2023 16:16
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bəzi ərazilərdə zibil qutuları yolun hərəkət hissəsinə və taksi dayanacağına qoyulub. Onlar əsasən paytaxtın iki və dördzolaqlı əsas yollarına quraşdırılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də metrostansiyaların yaxın ətrafında qurulan zibil qutuları onsuz da geniş olmayan ikizolaqlı yollarda günün müxtəlif saatlarında tıxac yaranmasına səbəb olur.

Sakinlər deyir ki, küləkli hava şəraitində zibil qutuları aşaraq ciddi təhlükəyə səbəb olur.

Bu mənzərə Bakının Xətai, Nizamı və Xəzər rayonlarında daha çox müşahidə edilir. Bu azmış kimi, günün günorta çağı zibil maşınları yolda hərəkəti məhdudlaşdıraraq, istənilən saatda qutuları daşıyır və təmizləyir. Yeşiklər insanların toplaşdığı ərazidə olduğundan üfunət ərazini bürüyür.

Həmçinin zibil qabları yolun bir hissəsini zəbt edir. 

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, paytaxtın bütün rayonlarında konteyner meydançaları mövcuddur. Konteynerlərinin yeri 15-20 il əvvəl dislokasiya olunmuş ərazilərdə yerləşdirildiyindən onların yeri dəyişdirilməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.