Şəmkir rayonunun Şiştəpə kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Milli.Az "Report"a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha altı nəfər isə xəsarət alıb.
Şiştəpə kəndində iki avtomobilin toqquşması nəticəsində Nağıyeva Təranə Bədir qızı (1971) vəfat edib, Nağıyeva Nəzrin Vüqar qızı (2005), Nağıyeva Nəsibə Vaqif qızı (1975), Rəfiyev Mayis (1989) və Əfqanıstan vətəndaşları - Abdulvahab Əlavi (1980), Mühəmməd Mehdi Əhmdi (1984) və Səyad Nazari (1998) xəsarət alıblar.
Milli.Az