“Ermənilər kəndimizə köçürüləndən sonra qara günlərimiz başladı...” - Göyərçin nənə - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar". Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə səsləndirdiyi bu sözlər 90 yaşlı Göyərçin nənənin də sevincinə səbəb olub.
Milli.Az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri 1953-cü ildə Qərbi Azərbaycandan deportasiya olunan, hazırda Biləsuvar rayonunun Bağbanlar kəndində yaşayan Göyərçin nənə ilə həmsöhbət olub, onun ürək yanğısı ilə söylədiyi sözləri qələmə alıb.
Həsənova Göyərçin İbrahim qızı 1935-ci ildə Vedi rayonunun Çimənkəndində anadan olub. 1953-cü ilə kimi - deportasiya olunana qədər Çimənkənddə yaşayıb. Ermənilərin həmin ərazilərə köçürülməsindən sonra öz doğma yurdundan didərgin düşüb. Göyərçin nənə deyir ki, ömrünün ən gözəl çağları doğma yurdunda, o gözəl meşələrdə, yaylaqlarda keçib. Hələ də o günləri unuda bilmədiyini, ölmədən öncə doğma kəndini görmək istədiyini arzulayır.
"Biz uşaq olanda atam müharibəyə getdi, qayıtmadı. Nə ölməyini bildik, nə qalmağını. Ondan sonra çətin günlərimiz başladı. Ailədə altı nəfər idik. Anam əlinin qabarı, alnının təri ilə bizi böyütdü... Çətinliklərə baxmayaraq böyüdük, hərəmiz bir işlə məşğul olmağa başladıq. Qardaşım müəllim işlədiyi üçün güzəranımız düzəlmişdi. Mal-qaramız var idi, əkin-biçin işi ilə məşğul olurduq. Hər şey yaxşı idi, ta ki, Fransadan erməniləri bizim kəndə gətirənə qədər. Neçə-neçə erməni ailəsini gətirib bizim evlərə yerləşdirdilər. Onların ac qalmamağı üçün bizim evdəki taxılın və buğda sahələrimizin yarısını zorla alıb onlara verdilər. Bundan sonra qara günlərimiz başladı...".
Bu gün də sürgün olunmağının acısını yaşayan 90 yaşlı Göyərçin nənə o günləri belə xatırlayır: "On səkkiz yaşım vardı. Adi günlərdən biri idi. Səhər eşitdik ki, ermənilər kəndimizə soxulub qoca-uşaq demədən hamını öldürürlər. Səbəbini soruşanda isə, bizə evlərinizi tərk edin dedilər. Biz də evin qapısını bağlayıb qaçmağa başladıq. Neçə-neçə ailəni bir vaqona doldurub yola saldılar. Mal-qaramız, evimiz-eşiyimiz hamısı erməniyə qaldı. Heç nəyi götürə bilmədik. Biz oradan salamat çıxsaq da, bizdən sonra neçə-neçə ailəni, uşaqları öldürmüşdülər".
Göyərçin nənə deyir ki, o yerləri bir gün də olsa unutmur. "Kəndimiz sanki cənnət idi. Ömür vəfa etsə, o gözəl yerləri yenidən görmək istəyirəm. Bir arzum var, kaş ki, gedib doğma yurdumda öləm" - o yerləri xatırladıqca Göyərçin nənə kövrəlir...
Xatırlatma: Azərbaycanlıların Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə, xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın





