Cəmiyyət

Lerik sakini yük avtomobilinin altında qalaraq ÖLDÜ

10 Yanvar 2023 23:33
Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerikdə ölümlə nətcələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran-Lerik yolunda, Lerik rayonunun Piran kəndi ərazisində baş verib.
Yük avtomobili geri hərəkət edərkən Piran kənd sakini - 1959-cu il təvəllüdlü Əliməmməd Ayaz oğlu Məmmədovu vurub. 64 yaşlı kişi avtomobilin altında qalıb. O, ağır xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.